İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentə məktubu necə yazmalı...

42117 12.11.2014 10:55 Ölkə A A

Amma bir haşiyə çıxaq ki, qəzetlərə edilən şikayətlərin sonucu da çox zaman “gözlənilən” olur. Belə ki, şikayətçi dərdini jurnalistlərə anladır, yazı qəzetdə dərc edilib səs-küy çıxandan sonra problem yoluna qoyulur. Və problemi həll edən qurumun başbilənləri şikayətçi qarşısında şərt qoyurlar: qəzetdə təkzib ver, şikayətini geri götür...

Bu dediyimiz son halla bağlı dəfələrlə məlumat verdiyimiz üçün onun üstündən haşiyə kimi keçirik. Budəfəki yazımızda daha çox prezidentə müraciət etmək istəyib də, bunun yolunu bilməyənləri məlumatlandıracağıq. 

Prezidentə www.prezident.az saytındakı “məktub yaz” bölməsi vasitəsilə elektron məktub yazmaq olar. Hər bir vətəndaş ölkə başçısına elektron məktub yazmazdan əvvəl “Müraciətlərin qəbulu və baxılması qaydaları”nı dəqiq bilməlidir. İnternet vasitəsilə göndərilən müraciətlər PA-nın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur. Şöbəyə daxil olan məktub və müraciətlər həmin gün qeydiyyata alınır və baxılması üçün prezidentin iş otağına göndərilir. Məktuba baxıldıqdan sonra cavab anketdə göstərilən poçt ünvanına adi poçtla göndərilir. O ki qaldı internet vasitəsilə göndərilən məktublara, belə müraciətlərin mətni 1500 işarədən çox olmamalıdır. Elektron müraciətdə qoşma faylların, yəni fotoşəkil, hansısa sənədin surətinin əlavə olunmasına icazə verilmir. 

Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr adi poçtla göndərilə bilər. Prezidentə ünvanlanmış yazılı müraciətin müəllifi özü barədə fərdi məlumatları, müraciətin mövzusunu dəqiq göstərməli, yəni adı, soyadı, atasının adı, yaşı, yaşadığı şəhərin (rayonun, qəsəbənin, kəndin) adını, ünvanını, telefon nömrəsini, e-mail adresini (əgər varsa) və sosial statusunu anketdə qeyd etməlidir. Vətəndaşlar PA-nın qəbul otağında qəbul olunurlar. Qəbula yazılma vaxtı: saat 9:00-dan 13:00-dəkdir. Qəbul saatı 14:00-dan başlayır. PA-da hər ay vətəndaşların qəbulu üzrə xüsusi qrafik müəyyən edilir. Bu cür qəbullar şəxsən prezidentin özü deyil, onun müşavirləri və köməkçiləri, mətbuat katibi, habelə Prezident Aparatının məsul işçiləri tərəfindən keçirilir.

Dövlət başçısına müraciətlər haqqında ümumiləşdirilmiş məlumatlar müntəzəm olaraq bu saytın “Prezidentə yazırlar” bölməsində dərc olunur. Burada isə daha çox təşəkkür xarakterli məktublar yer alır. 

Azpresident.az-ın məktublar bölməsində bu barədə geniş məlumat verilib. Şikayəti yazmazdan əvvəl forma doldurmaq lazımdır. Saytın məktub bölməsində aşağıdakı yazılıb: “Hörmətli istifadəçi! Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Prezident Administrasiyasına məktub göndərmək ücün aşağıdakı formanı doldurun. Diqqətli olmağınız Sizdən xahiş olunur!

Formada ərizə yazan şəxsin ad-soyadı, atasının adı, yaşadığı ölkə, şəhər, telefon nömrəsi, email ünvanı, yaşı, sosial durumu, müraciətin növü, sosial durum,  əsas mövzu kimi bölmələr var ki, forma müəllifi onu doldurmalıdır. 

Amma təcrübə göstərir ki, insanları məktub yazmaqdan çəkindirən məqam bir çox hallarda məlumatsızlıq, internetdən istifadə qaydalarını bilməməkdirsə, bəzən da ehtiyatlılıqdır. Daha öncə təcrübədə prezidentə məktub yazdığı üçün yerlərdəki məmurlar tərəfindən təzyiqə məruz qalan vətəndaşların olması məsələni daha da dramatikləşdirir. Belə ki, insanları o formanı doldurandan, barələrindəki bütün məlumatları açıqlayandan sonra yaşaya biləcəkləri problemlər qorxudur. Amma qəzetə müraciət halında vətəndaşa çatımlılıq, dolayısı ilə “cəzalandırılma ehtimalı” daha da güclənir. 

Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR