İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğru işinin “incəliklər”indən danışdı – “Pəncərəni belə açırlar” – VİDEO – FOTO

2797 05.11.2016 21:06 Ölkə A A
Binəqədi rayon polis idarəsinin əməliyyatçıları tərəfindən saxlanılan şəxslər Əhliman Atamov və Elmir Nəcəfovdur. Onlar Biləcəri qəsəbə sakini Ənvər Səfərovun evini qarət etdikdən sonra yaxalanıblar.

ARB TV xəbər verir ki, istintaq materiallarına görə, zərərçəkmişin evindən qızıl boyunbağı, bilərzik, üzük, bir cüt sırğa və 60 manat nəğd pul aparıblar. Ümumilikdə ekspertlər ev sahibinə dəymiş ziyanı 1130 manat məbləğində dəyərləndiriblər.

Saxlanılan şəxslər törətdikləri digər əməlləri də etiraf ediblər.

Elmir Nəcəfovun sözlərinə görə, o, evlərin qarşısında durub, ətrafa nəzər edib. Mənzillərə dostu Əhliman daxil olub: “Fəhlə işləyirdim İçərişəhərdə. Santexnik. Ehtiyacım olub, pulum olmayıb, işim dayanıb deyə gedib eləmişəm”.

Elmir Nəcəfovdan fərqli olaraq, Əhliman Atamov törətdikləri oğurluq hadisələrini tam təfərrüatı ilə açıqlayıb. Atamovun sözlərinə görə, qarət ediləcək mənzilləri o müəyyənləşdirib: “Mən orda olmuşamsa, mənlik olub. İndi babalıları öz boyunlarına ki, kim mənsiz nəsə edib. Yəni, mən orda varamsa, mən etmişəm. Adətən 6-dan 7-dən sonra, şər qarışanda. Camaat hələ işdə olur axı o vaxtı. Gəzirdim, görürdüm işıqsızdı, çox vaxt “reşotka”sızlara girirdim. Amma birdə görürdün ki, “reşotka”lı da olurdu. Baxırdım, asantdırsa çıxartmaq hə. Həm də “reşotka” elə bir şeydir ki, səs salır. Dəqiqləşdirirdim, qonum-qonşuya yaxın deyilsə, onda “reşotka”nı çıxarırdım. Olub belə şeylər”.

Oğurluğa həftədə iki dəfə çıxdıqlarını deyən Əhlimanın sözlərinə görə, qarət etdiyi 30 mənzildən 7-8 min manat pul aparıb. Əldə edilən pulları dostları ilə kafedə xərcləyib. Atamov mənzillərdən oğurluq etməyi, hərbi xidməti başa vurduqdan sonra tikinti şirkətlərinin birində çalışan zaman qərarlaşdırıb.

Yeni tikilən binalara plastik pəncərə qurraşdırmaqla məşğul olan Əhliman, plastik pəncərələrin çöldən açılmasının qaydalarını da örgənib: “Taxta pəncərə bir az çətindir. Amma plastik üçün dəmir qırığı, “aftyorka” və ya nazik bir şey götürüb, pəncərənin yuxarı və aşağı hissələrinə salıb bir balaca çəkirsən, “çık” edirsən, fsyo. Açıb girmişəm, götürüb çıxmışam”.

Binəqədi Rayon Polis İdarəsində faktla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR