İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigar Arpadarai: ''Formula-1'' zamanı 6 kilometrlik yarış halqası və bulvarın bir hissəsi bağlı olacaq

1129 06.05.2016 20:12 Ölkə A A

"Formula-1" üzrə Avropa Qran-prisi zamanı 6 kilometrlik yarış halqası və bulvarın bir hissəsi bağlı olacaq. İnsanlar arasında narazılıq yaranmaması üçün onlara xüsusi nişanlar paylanacaq və həmin vasitələrlə zonalara müəyyən vaxtlarda daxil ola biləcəklər".

Bunu "Report"a açıqlamasında “Baku Grand Prix” şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi Nigar Arpadarai deyib. 

O bildirib ki, yaxın zamanlarda bununla bağlı əhaliyə əlavə məlumat veriləcək. 
"Bundan başqa, maşınlara da nişanlar vurulacaq və siyahı tutulacaq. Bu nişanlara malik olan insanlar da müəyyən vaxtlarda qapalı zonalara daxil ola bilərlər", - deyə “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi vurğulayıb.

N.Arpadarai Bakı yollarında keçiriləcək yarışa hazırlıq işlərinin gedişatı barədə də danışıb: "Artıq yollara asfaltın sonuncu layı vurulur və gələn həftədən başlayaraq ümumi tutumu 30 000 nəfər olan 9 tribuna quraşdırılacaq". 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR