İnsanlara hürriyət, millətlərə istiqlal!

Mübariz Qurbanlı:"İslam Həmrəyliyi ili" ilə bağlı tədbirlər planı hazırlanır"

574 20.01.2017 12:06 Ölkə A A
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunması ilə əlaqədar tədbirlər planı üzərində iş gedir.

Musavat.com-un məlumatına görə, bu fikri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, bununla əlaqədar иaş nazirin müavini Əli Əhmədovun yanında ayrı-ayrı qurumların rəhbərlərinin müşavirəsi keçirilib:

“Hazırda hər bir qurum tərəfindən “İslam Həmrəyliyi ili” ilə əlaqədar təkliflər göndərilir. Bu təkliflər üzərində işlər hazırlanıb tamamlandıqdan sonra cənab Prezidentə təqdim olunacaq və tədbirlər planı təsdiq ediləcək. 

Planı təsdiq edildikdən sonra həm Azərbaycanda, həm də Azərbaycandan kənarda müxtəlif tədbirlər həyata keçiriləcək. Tədbirlər planında bütün sahələr nəzərdə tutlub. İslam həmrəyliyi dedikdə bunu yalnız dini məsələlərlə bağlamaq düzgün deyil. İslam həmrəyliyi bütün istiqamətləri, o cümlədən iqtisadiyyatı, mədəniyyəti, humanitar məsələləri, beynəlxalq təşkilatlar, o cümlədən İslam təşkilatları çərçivəsində fəaliyyəti,  həmçinin radikal qruplara qarşı birgə mübarizənin aparılmasını, bu mübarizənin koordinasiya olunmasını və digər bütün məsələləri nəzərdə tutur”,- deyə Mübariz Qurbanlı bildirib.

Əli Rais

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR