İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhərrəm Əliyev qardaşları ilə – QEYRİ-RƏSMİ FOTO

20825 15.01.2017 02:55 Ölkə A A

Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, General-leytenant Məhərrəm Əliyevin qardaşı Allahverdi Əliyevin 70 yaşı tamam olub.

Moderator.az xəbər verir ki, bu münasibətlə qardaşlardan kiçiyi – millət vəkili Adil Əliyev yubiley ziyafəti zamanı çəkilmiş fotonu paylaşıb. Və bu sözləri yazıb: “Böyük qardaşım Allahverdi Əliyevin 70 yaşını qardaşlar arasında qeyd etdik. Onun haqqında çox sözlər yazmaq olar. Qısa olaraq söyləyim ki, Allahverdi qardaşım Azərbaycanın güclənməsinə çalışan və onun uğurlarına sevinən insanlardandır. Allah cansağlığı və uzun ömür versin.
Ürəkdən təbrik edirəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR