İnsanlara hürriyət, millətlərə istiqlal!

Kür çayının səviyyəsi artıb

715 10.04.2015 12:25 Ölkə A A
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, aprelin 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 375 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 226 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib. 
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.
 
Aprelin 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub.  Kür çayının Surra məntəqəsində 9, Şirvanda 36, Salyanda 29, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 307 sm, Şirvanda 175 sm, Salyanda 148 sm, Bankədə 178 sm, Araz çayının Novruzlu məntəqəsində isə 43 sm təşkil edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR