İnsanlara hürriyət, millətlərə istiqlal!

KÖHNƏ YÜK MAŞINLARI KÜTLƏVİ ŞƏKİLDƏ MÜSADİRƏ EDİLİR

7611 10.01.2013 09:43 Ölkə A A
Sürücünün bildirdiyinə görə, artıq Azərbaycanın bütün yollarında, eləcə də Abşeron rayonunda, xüsusilə də Qobu qəsəbəsində (Bu qəsəbədə, demək olar ki, hər evdə bir “KamAZ” var - red.) intensiv olaraq belə reydlər keçirir. Daş karxanaları daha çox bu rayon ərazisində olduğundan, sakinlərin çörək pulu tikinti materiallarının daşınmasından çıxır. Nəqliyyat müfəttişləri də bu amildən faydalanaraq tez-tez “KamAZ” avtomobillərini saxlayaraq, xüsusi meydançalara aparırlar. Bu işdə nə qədər təəccüblü olsa da, nəqliyyat müfəttişlərini vergi əməkdaşları müşayiət edir. “Avtomobilin köhnəlməsi və texniki təhlükəsizlik normalarına uyğun olmaması” bəhanəsi ilə müsadirə edilən yük maşınlarını bəzi sürücülər sonradan müfəttişlərlə “anlaşma” sayəsində geri götürürlər. Bir sözlə, “KamAZ”ların müsadirəsi ciddi bir korrupsiya ocağına çevrilib.
Nəqliyyat sektorundakı mənbə bu məsələni “Yeni Müsavat”a belə şərh edir: "Fiziki və mənəvi baxımdan köhnəlmiş (yeni markalar buraxılandan sonra köhnə markalar mənəvi baxımdan köhnəlmiş sayılır - red.) yük avtomobillərinin müsadirəsi təcrübəsi Avropada, eləcə də qonşu Türkiyədə də yayılıb. Ancaq məsələ bundadır ki, bu ölkələrdə köhnəlmiş avtomobillərin müsadirəsi sivil qaydada həyata keçirilir. Yəni yük avtomobili müsadirə edilir və metalloma göndərilir, bazar qiymətinə uyğun ona təzminat ödənilir, ən başlıcası isə yeni maşın almaq üçün ona güzəştli kredit verilir".
Mənbə qeyd edir ki, indiki halda Nəqliyyat Nazirliyinin müfəttişləri xarici təcrübəyə istinad etməklə, əslində reketçiliklə məşğul olurlar: “Təbii ki, ”Avtomobilin köhnəlməsi və texniki təhlükəsizlik normalarına uyğun olmaması" adı ilə cərimə meydançasına aparılan “KamAZ” müəyyən “anlaşma”dan sonra sahibinə qaytarılırsa, bu, dövlət səviyyəsində reketlikdir. Bu adla müsadirə edilən “KamAZ”lar bir qayda olaraq aktlaşdırılmalı və metalloma göndərilməlidir. Ancaq bu əsas amil deyil".
Mənbənin versiyasına görə, böyük ehtimalla Almaniya, Rusiya, Türkiyə, Koreya və Çin istehsalı olan yük avtomobillərinin böyük partiyalarla ölkəyə gətirilməsinə hazırlıq görülür: “Taksilərlə bağlı da eyni proses baş verdi. Öncə Rusiya istehsalı olan minik avtomobillərinin kütləvi şəkildə yığışdırılmasına başlanıldı. Sonradan Nəqliyyat Nazirliyinin patronajlığı altında olan şirkət ölkəyə böyük partiyalarla ”London taksi"ləri gətirməyə başladı. İndi, görünür, yük avtomobillərinin satış bazarı hansısa oliqarx üçün boşaldılır. Bütövlükdə isə prosesin özü məmur özbaşınalığından doğur. Çünki müsadirə edilən avtomobillər aktlaşdırılmır, təzminat verilmir. Bu, çox ciddi qanun pozuntusudur".
Qeyd edək ki, köhnə, istismara yararsız yük avtomobillərini qardaş Türkiyədə də küçələrdən yığırlar. Lakin bu zaman həmin maşınlar istisnasız olaraq tam müsadirə edilir. Qarşılığında isə həmin köhnə avtomobilə görə onun sahibinə bir miqdar pul ödənilir. Daha sonra isə avtomaşının sahibinə yeni maşın almaq üçün uyğun şərtlərlə kredit təklif olunur.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı. Bununla belə, aidiyyəti bütün qurumların məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR