İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəmaləddin Heydərov Mingəçevirdə vətəndaşları qəbul edəcək

653 25.11.2014 22:32 Ölkə A A
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 28-də saat 11:00-dan Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, qəbulda yalnız Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinləri, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 
Nazirlik xatırladıb ki, qəbulda yalnız FHN-nin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı Mingəçevirdəki Heydər Əliyev Mərkəzində noyabrın 27-dən saat 09:00-dan başlayacaq.
 
Qəbula gələnlər şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR