İnsanlara hürriyət, millətlərə istiqlal!

İt döyüşü həvəskarları Bərdəyə toplaşıb – VİDEOLAR və FOTOLAR

11894 30.10.2016 12:40 Ölkə A A
Hazırda Bərdədə it döyüşü həvəskarları toplaşıb. 

Bu barədə musavat.com-a it döyüşü keçirilən ərazidə olan vətəndaşlarımızdan biri məlumat verib. 

O, deyib ki, bu, sadəcə ikili döyüşlərdir, çempionat deyil. Kim istəsə, öz itini bəhsə qoşulmağa həvəsi olan digər birinin iti ilə boğuşdurur. Ortaya, kimin gücü nəyə çatırsa, bəhs məbləği də qoyulur. 

Hazırda Azərbaycanın ən müxtəlif bölgələrindən öz itləri ilə Bərdəyə gələn həvəskarlar orada it boğuşdurmaqla məşğuldurlar. Döyüşlərdə ölkənin müxtəlif bölgələrindən gətirilmiş 28 cins it iştirak edir.

Qeyd edək ki, it boğuşdurma, xoruz döyüşdürmə Azərbaycanda qədim zamanlarda da mövcud olub. İspanlarda öküzlə insanın döyüşü – korrida olduğu kimi, bizdə də bu azart milli köklərimizdən gəlir. 

Lakin hazırda Azərbaycanda it və xoruz döyüşləri rəsmi olaraq yasaqlanıb. 

Musavat.com 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR