İnsanlara hürriyət, millətlərə istiqlal!

FAİREX Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv seçilib


23 oktyabr 2015-ci il tarixində Koreyanın Seul şəhərində 30 ölkənin 100-ə yaxın nümayəndəsinin iştirakı ilə keçirilən Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) Baş Assambleyasında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) bu mötəbər təşkilatda Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv kimi tanınması məsələsi müzakirə olunub.

 Assambleyada iştirak edən bütün səsvermə hüququna malik ölkələrin yekdil səsi ilə FAİREX Azərbaycanı təmsil edən tam hüquqlu əsas üzv seçilib (yarım səs əleyhinə olmaqla). 
Qeyd edək ki, Beynəlxalq Dağçılıq Federasiyasının Prezidenti cənab Frits Virjland Assambleyadakı çıxışında Azərbaycanda dağçılıq idman növlərinin inkişafında və kütləvi hal almasında FAİREX-in xüsusi rolu olduğunu vurğulayıb.

Bildiririk ki, yarandığı gündən etibarən Milli dağçılığın inkişafını qarşısına məqsəd qoyan FAİREX, dağçılıq ölkəsi olan Azərbaycanda milli, regional və beynəlxalq tədbirlərin yeganə təşkilatçısı olaraq illər boyu davam edən məqsədyönlü fəaliyyətin məntiqi yekunu kimi qəbul edilmiş qərarın sevincini bütün idmansevərlər və ekstremallarla bölüşür, məsuliyyətini anlayır, bunu gələcək fəaliyyətində stimul kimi qəbul edir.
Şərh yoxdur

XƏBƏR LENTİ

17 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR