İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekologiyaya ziyan vuranlar cərimələndi

615 19.02.2015 17:26 Ölkə A A
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 01-15 fevral 2015-ci il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 166 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 77 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 30 iş üzrə 52800 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 770,16 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 248 iş üzrə 31 min 867 manat məbləğində ödəmə tətbiq edilib. 

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 44, məhkəmələrə isə 4 iş göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 01-15 fevral 2015-ci il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 166 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 77 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 30 iş üzrə 52800 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 770,16 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 248 iş üzrə 31 min 867 manat məbləğində ödəmə tətbiq edilib. 

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 44, məhkəmələrə isə 4 iş göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR