İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfv Komissiyası yaxın günlərdə toplaşacaq

978 10.12.2014 08:15 Ölkə A A

Amma  hələ ki ortada real bir nəticə yoxdur. AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsindən sonra isə belə fikirlər səslənir ki, hüquq müdafiəçiləri Birgə Qrupu tərk etsinlər. Eyni zamanda son vaxtlar həyata keçirilən həbslər dekabrda əfv fərmanı veriləcəyinə ümidləri azaldıb. 

Ombudsman Elmira Süleymanova, hüquq müdafiəçiləri dekabra əfv gözlənildiyini bəyan etsələr də, bəziləri hesab edir ki, bu həbslərdən sonra əfv verilməyəcək.  Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı “Yeni Müsavat”a bildirdi ki, Əfv Komissiyası toplanacaq və ərizələrə baxılacaq. Hüquq müdafiəçisinin sözlərinə görə, komissiya müraciətləri gözdən keçirəcək və prezidentə təqdim olunacaq: “Əfv fərmanı vermək prezidentin səlahiyyətidir və ümid edirik ki, dekabrın sonunda əfv olacaq.  Birgə Qrupda da müzakirələr gedir və güman edirik ki, əfv veriləcək”.

S.Qocamanlı onların Birgə Qrupdan çıxmasını tələb edənlərə də cavab verdi: “Biz hər kəsin dediyi fikirlə hərəkət etməli olsaq, onda gərək evdə oturaq.  Birgə Qrup məsuliyyətli qurumdur, burada nüfuzlu insanlar toplaşıb. Müxtəlif fikirlər yayan və yaydıran qüvvələr ola bilər. Ancaq biz öz işimizi görürük.  Birgə Qrup iki ay ərzində çoxlu sayda insana kömək edib. 

Bunlar siyasi həbslərlə bağlı olmasa da, sadə insanlara köməyimiz dəyib. Hüquq müdafiəçisinin işi yaxşılığı etdikdən sonra onu unudub işini davam etdirməkdir. Biz hər hadisəni, gördüyümüz müsbət işi mətbuata çıxarmalı deyilik. 

Ona görə də  Birgə  Qrup var və olacaq. Biz problemləri gündəmə gətirmişik və artıq əfv verilməsi prezidentin səlahiyyətində olan məsələdir. Düzdür, yeni həbslər var, biz bunu araşdırırıq, təkliflər veririk. Xədicə İsmayıla zamin durmağa hazır olduğumuzu baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdə bildirmişik, onun ev dustaqlığına buraxılmasını xahiş etmişik. Amma Xədicə İsmayıla dekabrda əfv veriləcəyini deyə bilmərəm". 

E.SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR