İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay şahzadəsinin ucbatından Bakı-Qazax yolunda böyük tıxac yaranıb - YENİLƏNİB, FOTOLAR, ÖZƏL

10358 03.04.2015 16:25 Ölkə A A
Son illərdə ölkənin avtomobil yollarında yaranan tıxaclar ciddi problemə çevrilib. 

Əsasən paytaxt Bakının yollarında tıxaclara tez-tez rast gəlinir. Ancaq bu xoşagəlməz nəqliyyat hadisəsinə ölkənin bölgələrində də təsadüf olunur.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, bu gün Bakı-Qazax avtomagistralının 135-ci kilometrliyində böyük tıxac yaranıb. Tıxacın nəticəsində yol bağlanıb və yüzlərlə avtomobil uzun müddət hərəkətsiz qalıb.

Əməkdaşımız yolda hərəkəti bərpa etməyə çalışan polis işçilərindən tıxacın yaranmasının səbəblərini soruşub. Ancaq polis əməkdaşları bu barədə məlumatlı olmadıqlarını bildirməklə mətbuata açıqlama verməkdən yayınıblar.

Ancaq əməkdaşımız hər halda, yolda baş verən tıxacın əsl səbəblərini aydınlaşdırmağa nail olub. Belə ki, əməkdaşımızın əldə etdiyi məlumata görə, Bakı-Qazax avtomagistralında tıxacın yaranmasına səbəbi son günlərdə Hacıqabul ərazisində ov etməklə məşğul olan ərəb şahzadələrinin paytaxt Bakıya dönməsiylə bağlıdır. Yəni onun Bakıya dönüşü ilə bağlı yol bir saatdan artıq müddətə bağlanıb. Şahzadələrin korteji keçdikdən sonrasa, yol yenidən nəqliyyatın hərəkəti üçün açılıb.

Xatırladaq ki, martın 23-dən Azərbaycana gələn şahzadələrin arasında xeyli sərvəti olduğu bildirilən Həmdan bin Məhəmməd bin Rəşid də var. O, Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. Həmdanla bərabər onun şahzadə sayılan yaxın  qohumları və dostları da Azərbaycana təşrif buyurub.

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR