İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat problemli kreditlərlə bağlı hökumətə çağırış etdi

3198 04.03.2016 13:24 Ölkə A A
“Son vaxtlar cənab prezident İlham Əliyev tərəfindən çox ciddi islahatlara start verilib. Bu gün də bizə təqdim edilmiş qanun layihələri çox geniş müzakirə olunub və biz komitə iclasında da öz müsbət fikirlərimizi bildirmişik”. 

Milli Məclisin üzvü Vahid Əhmədov bu fikirləri parlamentin plenar iclasında prezident İlham Əliyevin fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı Fərman və müzakirəyə çxıarılan qanun layihələri barədə deyib. Deputat tezliklə Nəzarət Palatasına sədr təyin olunmasını, nizamnaməsinin qəbul olunmasını təklif edib. Eyni zamanda o, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlının müzakirələrdə iştirak etdiyini nəzərə alaraq ölkə əhalisinin narahat edən bəzi problemlərin həll olunmasını təklif edib: “Biz bank sistemində ciddi islahatların həyata keçirilməsini vaxtilə də təklif etmişik. Lakin heç vaxt bankların bağölanmasının tərəfdarı olmamışıq, bankların təmərküzləşməsinin tərəfdarı olmuşuq. Çox təəssüflər ki, son vaxtlar biz bir sıra bankların bağlanmasının şahidi olduq, bəzi banklarda da ciddi problemlrə yaşanır”. 

V.Əhmədov qeyd edib ki, bank sistemində faizlərin yüksək olması problemli kreditlərin 1,5 milyarda çatmasına səbəb olub: “Xüsusil dollarlı kreditlərin həcmi 1,5 milyon əhalini əhatə edir. Zamin əhalini də nəzarə alsaq, 2,2 milyon nəfəri əhatə edir. Problemli kreditlərlə bağlı məsələ tezliklə öz həllini tapmalıdır. Bunu hökumət, ya Mərkəzi Bank həll edəcək, bu, qarşılıqlı müzakirələrdən sonra həllini tapmalıdır. Mən hesab edirəm ki, Palatanın yaradılması çox mühüm hadisədir, bu qərar maliyyə bazarını inkişafına öz müsbət təsirini göstərəcək”.

Deputat Fəzail Ağamalı kommersiya banklarının hədsiz dərəcədə sərbəstliyi insanların banklara olan inamına ciddi zərbə vurub. Halbuki banklara inamsızlığlna elə bankların özləri səbəb olub. Biz vaxtilə əhaliyə verilən kredit faizlərinin 30 faizi aşmasına etiraz bildirəndə Mərkəzi Bank tövsiyə xarakterli mövqedən o tərəfə keçmirdi, çünki qanunvericilik buna imkan vermirdi”. F.Ağamalı maliyyə amnistiyası barədə çağırış edib: “Cinayətlə əldə olunan pullar istisna olmaqla, belə bir amnistiyanın verilməsinə ehtiyac var. Bu, Azərbaycan maliyyə axınını təmin edə, yerli istehsalı güecləndirərdi, ölkənin inkişafına təkan verərdi”.
Parlament sədrinin 1-ci vitse-spiker Ziyafət Əsgərov isə F.Ağamalının təklifinə reaksiya verib: “Siz dediniz ki, cinayət yolu ilə əldə olunmuş gəlirlər istisna olsun. Biz başqa nəyə amnistiya verəcəyik?Yerdə bir şey qalmadı. Amnistiya elə belə şeylərə görə verilir”.

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR