İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkəsəndə 20 Yanvar hadisələri ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR

1267 19.01.2017 17:03 Ölkə A A
20 yanvar 1990-cı olayları ilə bağlı Daşkəsən rayonunda  tədbir keçirilib. Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin sərəncamına əsasən hadisələrin ildönümünün geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanıb. Musavat.com-a bu barədə rayon İH-dən məlumat daxil olub. 

Məlumatda deyilir ki, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində dəyirmi masalar, müzakirələr və digər geniş anım tədbirləri keçirilib, həmçinin mədəni-maarif müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş fotostend, kitab sərgiləri hazırlanıb.

Qeyd edilən tədbirlərin tərkib hissəsi olaraq 19 yanvar 2017-ci il tarixdə 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə rayon ictimaiyyətinin 3500-dən çox nümayəndəsinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər Xiyabanında ümumrayon anım mərasimi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Daha sonra Ə.Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların ehtiyac və qayğıları ilə maraqlanıb. 
Anım tədbirində iştirak edən rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri şəhid məzarlarını ziyarət ediblər. 

Ümumrayon tədbiri sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Mərkəzin foyesində məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi təşkil edilib. Toplantı iştirakçıları tərəfindən şərgiyə baxış keçirilib.

Sonra tədbir iştirakçıları zalda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.

Daşkəsən RİH-nin başçısı Əhəd Abıyev tədbirdə nitq söyləyib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR