İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakəndə narkotik satışı ilə məşğul olan şəxs tutulub

978 20.01.2017 19:37 Ölkə A A
Balakən rayonunda xeyli miqdarda narkotik aşkarlanıb.
 
Musavat.com-un DİN-in saytına istinadən verdiyi məlumata görə, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazma kənd sakinləri Şümeysət Əliyevanın və qızı İlahənin yaşadıqları evə baxış zamanı 3 kiloqram 446,27 qram marixuana aşkar edilərək götürülüb.
 
Həmin narkotik vasitəni (gələcəkdə satmaq məqsədi ilə) onlara satmaq üçün verən  Mahamalar kənd sakini Kamran Babayev müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı 46,93 qram marixuana da aşkar edilərək götürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR