İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda çay evində kart-qumar oyunlarının təşkil edildiyi aşkarlanıb

3219 20.01.2017 14:13 Ölkə A A
Bakının Suraxanı rayonunda kart-qumar oyunları təşkil olunduğu aşkarlanıb.
 
Musavat.com-un DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Kamil Mürsəliyevin və Samir Vəliyevin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində icarə əsasında işlətdikləri çay evində “poker” kart-qumar oyunları təşkil etmələri müəyyən edilib.
 
Həyata keçirilən əməliyyat tədbirləri ilə ora baxış zamanı “poker” oyun kartları və pul vəsaitləri maddi sübut kimi aşkar edilərək götürülüb, K.Mürsəliyev və S.Vəliyev saxlanılıblar.
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR