İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı vəhhabilər “Əxi” qrupu yaratdılar – Foto

6002 25.11.2014 21:13 Ölkə A A

Axar.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsində “Əxilər” adlı səhifə yaradılıb. Bu səhifədə sələfi, xəvaric, təkfirçi qrupların üzvləri aktivlik nümayiş etdirirlər. Eyni zamanda, Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Süleymanovun video çıxışları yayımlanır. Bu qrupun hazırda 1196 üzvü var. “Əxi” ifadəsi vəhhabilərdə “qardaş” xitabıdır. 
 
Onlar bir-birinə “əxi” deyə müraciət edirlər. Artıq sosial şəbəkələrdə fəallaşan vəhhabilər görünür, yeni kurs götürüblər. Buna qədər cəmiyyətdən qaçan, təmas qurmağa meylli olmayan, özünü təcrid edən bu təriqət üzvləri inteqrasiya xəttini seçiblər. Sosial şəbəkələrdə onların fəallığından isə aydın etmək olur ki, sayca düşündüyümüzdən daha çoxdurlar.
 
(https://www.facebook.com/groups/102250443256986)


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR