İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda “Formula 1” yarışları keçirilsinmi? - VİDEOSORĞU

1784 24.12.2015 16:45 Ölkə A A
Növbəti ilin iyun ayında da Bakıda Formula-1 yarışları keçiriləcək. Artıq bu yarışa hazırlıq məqsədi ilə şəhərin mərkəzi küçəsi - Neftçilər prospektinin bir hissəsi təmirə bağlanıb. 

Gənclər və idman naziri Azad Rəhimov mətbuata açıqlamasında bildirib ki, manatın devalvasiyası bu ilki Formula 1 yarışının və 2017-ci il İslam Həmrəyliyi Oyunlarının büdcəsinə heç bir təsir göstərməyəcək. Yarışlar iyunun 17-dən 19-a qədər keçiriləcək.

Musavat.com sözügedən məsələ ilə bağlı sadə insanların münasibətini öyrənməyə çalışıb. Şəhər sakinləri arasında keçirilən sorğudan məlum olub ki, sorğu iştirakçıları çoxusu iqtisadi durumu nəzərə alaraq, büdcə vəsaitlərinin idman oyunlarına xərclənməsini lazımsız addım hesab edir. Lakin sorğu iştirakçıları arasında bu yarışların Azərbaycanın beynəlxalq aləmdə tanınmasına müsbət rol oynadığını düşünənlər və bu addımı müsbət qiymətləndirənlər də oldu. 

“Düşünürəm ki, Formula-1 yarımasının keçirilməsinə ehtiyac yoxdur. Bu Avropa Birliyinə daxil olmaq üçün siyasətlərdən biri hesab olunur. Halbuki Gürcüstan heç bir beynəlxalq tədbirlər keçirmədiyi halda, Avropa ölkələrinə vizasız keçə bilir. Lakin buna baxmayaraq bizdə mümkün deyil. Belə çıxır ki, belə yarışların  heç bir əhəmiyyəti yoxdur”.

“Əslində belə tədbirlərin keçirilməsi öncədən planlaşdırılıb. Qiymətlərin bahalaşması, devalvasiyanın bu dövrə təsadüf etməsi yəqin ki əvvəlcədən planlaşdırılmamışdı. Düşünürəm ki, dövlətin mənafeyini beynəlxalq aləmdə nüfuzunun aşağı düşməsini də daxili xırda problemlərlə ölçmək diplomatik olmaz”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

Məğrur Mərd, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR