İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ceyranların sayı artıb

1214 05.06.2015 11:35 Ölkə A A
"Bütün dünyada meşə örtüyünün azalması müşahidə olunur. Azərbaycanda da bu tendensiya var idi. Bugünkü faktlar isə onu göstərir ki, Azərbaycanda son 10-12 ildə aparılan massiv əkinləri nəticəsində meşə ilə örtülü ərazilər 11,4%-dən 11,8%-ə qədər artıb. Böyük artım olmasa da bütün dünyada azalma fonunda bizdə artım var, müvafiq işlər artır".

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov "İqlim dəyişiklikliyinin səbəbləri və həlli yolları: hökumət tərəfindən görüləcək işlər, vətəndaş cəmiyyətinin öhdəlikləri və texnoloji həll yolları" adlı konfransda çıxışı zamanı deyib.

O, qeyd edib ki, bu gün Azərbaycanda ceyranlar bütün kateqoriyalar üzrə təhlükədə deyil:

"Sadəcə biz özümüz onun adını siyahıdan çıxarmırıq. Ağcabədi və Beyləqanda artıq 120-yə yaxın ceyran məskunlaşıb. Mingəçevir və Şamaxıda da ceyranların sayında artım var. Ətraf mühitin qorunması üçün yaradılmış fona daxil olan cərimələrin sayı 14 dəfə artıb. Artıq bu mexanizm neqativ halların qarşısını alacaq xarakter daşımağa başlayıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR