İnsanlara hürriyət, millətlərə istiqlal!

AVQUSTUN 30-da TEXNİKUM VƏ KOLLECLƏRƏ QƏBUL İMTAHANI KEÇİRİLƏCƏK

77922 29.08.2009 08:42 Ölkə A A
TQDK-nın mətbuat katibi Elnur Nağızadənin sözlərinə görə, buraxılış vərəqəsini almayan abituriyentlər sabah saat 17:00-dək imtahana buraxılış vərəqəsini əldə edə bilərlər və bunun üçün onlar ərizələrini təqdim etdikləri Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.
Bu il 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə ayrılan 9 min 516 plan yerinə 26 min 408 abituriyentin sənəd verdiyini söyləyən mətbuat katibi bildirib ki, onlardan 15 min 958 nəfəri qız, 10 min 450 nəfəri isə oğlandır. Qəbul imtahanının respublikanın 10 şəhərində - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Quba və Göyçay şəhərlərində 50 binada, Bakı şəhərində 11 min 307, Sumqayıtda 2 min 310, Naxçıvanda 824, Gəncədə 3 min 338, Lənkəranda 1.525, Mingəçevirdə 1 416, Şəkidə 1.150, Şirvanda 1.572, Qubada 1.409, Göyçayda 1.557 abituriyent imtahan verəcək.
1.697 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 206 imtahan rəhbəri cəlb olunub. İmtahanın bütün binalarda eyni vaxtda, saat 14:00-da başlayacağını deyən E.Nağızadənin sözlərinə görə, abituriyentlər 1 saat 30 dəqiqə ərzində sualları cavablandıracaqlar: “Abituriyentlər hər birində 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri Ana dili fənni bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dilindən də imtahan verəcəklər. Həmin abituriyentlər Azərbaycan dilindən 5, rus dili fənnindən isə 10 sual təqdim olunacaq”.
E.Nağızadə  bildirdi ki, imtahanda iştirak etmək üçün 26.408 abituriyent sənəd verib. “672 ixtisas, 47 orta ixtisas məktəbi var. Ümumi qəbul planı isə 9516-dır”.
Mətbuat katibi qeyd etdi ki, imtahan nəticələrinin sentyabrın 5-dən TQDK-nın rəsmi internet saytında yerləşdirilməsi gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR