İnsanlara hürriyət, millətlərə istiqlal!

PROKURORLUĞUN 250 İŞÇİSİNƏ “ATIB”LAR

11179 20.02.2011 09:05 Ölkə A A
Redaksiyamıza üz tutan prokurorluq işçiləri də elə rəhbərlərinin bu sözlərindən ürəkləniblər. Onlar deyirlər ki, prezident İlham Əliyev 2008-ci ildə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, mülki işçilərin maddi təminatının yaxşılaşdırılmasına dair fərman verib. Həmin fərmana görə, 2009-2011-ci illərdə evsiz prokurorluq işçilərinin mənzillə təmin olunması da qarşıya qoyulan məqsədlərdən olub: “Prokurorluq işçilərinə bina tikintisi məsələsi dövlət investisiya proqramına salındı. Xətai rayonundakı Sadıqcan küçəsi ilə Zülfüqarov küçəsinin kəsişməsində binanın tikintisi üçün yer də ayrıldı. Bundan sonra evsiz prokurorluq işçilərini Baş Prokurorluğa yığıb dedilər ki, binanın tikintisini "Qayğı" Mənzil Tikinti Kooperativinə (MTK) tapşırıblar. Püşk atıldı, sədr elə Baş Prokurorluğun işçisi Eldar Sultanov seçildi. Elan olundu ki, “Qayğı” MTK-nın Beynəlxalq Bankda hesabı açılıb, evsiz prokurorluq işçiləri hər kvadratmetrə görə 450-470 manat ödəməlidir. Üstəlik, mənzilə görə ödənilməli olan ümumi məbləğin 30 faizinin də əvvəlcədən köçürülməsi tələbi qoyuldu. Məcbur qalıb həmin pulu da ödədik. Aylıq ev pulunu 2009-cu ildən bu yana ödəyirik. Amma bu günə kimi evin heç özülü də atılmayıb. Pulumuzu geri də istəyə bilmirik. İstəyənlər “qara siyahı”ya salınır".
Prokurorluq işçilərinin sözlərinə görə, həmin ərazidə evlərin qiymətləri ilə də maraqlanıblar: “Ərazidə yeni tikilən binalarda mənzilin hər kvadratmetrinə görə 400 dollar istəyirlər. Bizdən 470 manat alıb evimizi də tikib özümüzə vermirlər. Heç araşdıran da yoxdur ki, dövlət investisiya proqramına salınmış bir binanın tikintisi üçün pul niyə yığılır. 250 nəfər prokurorluq işçisinin evlə təminatı havadan asılı vəziyyətdədir”.
Şikayətçilər onu da bildirdilər ki, mənzil almaq üçün növbəyə yazılanlar əsasən prokurorluğa yeni qəbul olunan işçilərdir. Onların pullarını geri istəyə bilməmələrinin bir səbəbi də budur: “Növbəyə uzun illər prokurorluq orqanlarında çalışmış şəxsləri də yazmışdılar. Onların əksəriyyəti pullarını geri ala bilib. Təzə kadrlar isə pullarını geri istəyə bilmirlər. İstəyənlərin işində nöqsanlar tapılır, töhmət verilir. Odur ki, məcbur olub susurlar”.
Adətən bu cür vəziyyətlə sadə vətəndaşlar qarşılaşanda onlar prokurorluğa və başqa hüquq-mühafizə orqanlarına müraciət edirlər. İndi prokurorlar özləri ev fırıldağına məruz qalıblar. Etiraf etmək lazımdır ki, olduqca nadir hadisədir.
Qeyd edək ki, redaksiyamıza şikayət edənlər müxbirimizə müvafiq sənədləri də təqdim ediblər. Dünən iş günü olmadığı üçün qarşı tərəf olaraq prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun rəyini ala bilmədik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR