İnsanlara hürriyət, millətlərə istiqlal!

KEÇMİŞ BAŞ PROKUROR BAKIDAKI KİLLERLƏRDƏN DANIŞIB

5158 03.12.2011 09:29 Ölkə A A
“Murad Babayev Azərbaycanın keçmiş baş prokuroru olub və kifayət qədər ciddi adamdır. O, belə bir söz deyirsə, demək, nəyəsə söykənib deyir. Onunla tamamilə razıyam. Yadınıza başqa bir məqamı salmaq istəyirəm. Heydər Əliyev 93-cü ildə hakimiyyətə gələndən sonra Dövlət Təhlükəsizlik Komitəsində ilk görüşü oldu. Orada belə bir söz işlətdi ki, Əjdər Xanbabayev mənim dostum olub və bilirəm ki, onun ölümünü bu idarədən təşkil etmişdilər. Yəni açıq şəkildə bildirdi ki, Azərbaycanın təhlükəsizlik orqanında adamöldürmə təşkil olunur. Amma bu çıxışdan sonra həmin orqanın əməkdaşlarından heç kim həbs olunmadı. Hacı Məmmədov olayı isə göstərdi ki, Daxili Işlər Nazirliyində də belə qruplar var”.
Q.Məmmədov deyir ki, belə şəxslər həm dövlət orqanlarında, həm də cinayətkar aləmdə var: “Pulla adam öldürənlər var ki, sonra cəsədi qaynadırlar ki, əti sümüyündən ayrılsın. Murad Babayev tamamilə haqlıdır. Bunun da səbəbi Azərbaycandakı qanunsuz hakimiyyətdir. Azərbaycan normal idarə olunmur deyə, bu cür adamların meydana gəlməsinə münbit şərait yaranır”.
DIN-in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin ifşası da bu fikirlərin təsdiqidir.
Belə ki, H.Məmmədovun həbsindən sonra bəlli oldu ki, onun dəstəsində killerliklə məşğul olan iki çeçen olub - Aslanbek Çentamirov və Musa Dabuyev.
Məhkəmədə bəlli oldu ki, bu şəxslər Respublika Prokurorluğunun kriminalisti Rövşən Əliyevin, AFFA vitse-prezidenti, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun, DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin şöbə müdiri Azər İsmayılovun və digər şəxslərin qətlini icra ediblər. Buna görə birbaşa rəhbərləri Hacı Məmmədov onlara 500 dollardan 3500 dollara kimi pul verib.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu qətlə yetirən dəstə isə Gürcüstan əsilli şəxslərdən ibarət olub. Bu qətlə görə Tahir Xubanov, Teymuraz Əliyev və Serqo Davrişova nə qədər pul ödənilməsi haqda bu günə kimi məlumat yoxdur.
Gəncədən olan killerlər Elmar Qasımov və Anar Həsənov 2003-cü il dekabrın 18-də Bakı şəhərində iş adamı Əhməd İbrahimovu öldürüblər. Bu qətlə görə Gəncədən olan tanınmış iş adamı Şöhrət Quliyev onlara 25 min dollar verib. Ş.Quliyevin həbsindən sonra onun Gəncə prokuroru Adil Vəliyevlə dostluq münasibətləri də üzə çixmışdı.
Bu faktlar özlüyündə sabiq baş prokuror Murad Babayevin və vəkil Q.Məmmədovun dediklərini təsdiqləyir. Killer dəstələrinin müxtəlif dövlət orqanlarına bağlılığını da ortaya qoyur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR