İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat əfv gözləntisindən danışdı

875 14.10.2014 08:05 Ölkə A A

Bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Çingiz Qənizadə  beynəlxalq təşkilatların siyasi məhbuslarla bağlı çağırışından sonra əfv gözləntilərinin olmasına münasibət bildirərkən söylədi. Musavat.com-a açıqlamasında hüquq müdafiəçisi bildirdi ki,  əslində beynəlxalq təşkilatların fəaliyyətinin məğzində Azərbaycana təzyiq məsələləri dayanır: “Cənab prezident humanizm nöqteyi - nəzərindən əfv verir. Mən də arzu edirəm ki, növbəti əfv fərmanı - bu, dekabrda olacaq, ya başqa vaxtda - daha geniş əfv olsun, burada NİDA-nın, digər siyasi təşkilatların təmsilçiləri olsun. Biz Tofiq Yaqublu, İlqar Məmmədov və digər bütün şəxslərin azadlığa buraxılmasının tərəfdarıyıq, bu istiqamətdə də iş aparırıq. Mən hüquq müdafiəçisi olaraq cəzasının müəyyən hissəsini çəkmiş, ilk dəfə cinayət törətmiş, xarakteri o qədər təhlükəli olmayan insanların azadlığa buraxılmasının tərəfdarıyam”.

 Ç.Qənizadə əfvin imzalanacağını güman edir: “Ümid edirəm ki, cənab prezident növbəti əfv fərmanında hüquq müdafiəçisi olaraq bizlərin də ona müraciətini nəzərə alacaq, humanist insan kimi humanizmini bir daha nümayiş etdirəcək. Biz başqalarından fərqli olaraq harasa bir kağız yazan kimi bunu mətbuata çıxarıb elan etmirik ki, ”filankəs gedib filan dustaqla görüşdü", “filankəs filan müraciəti etdi”. QHT-çilər var ki, dustaqla görüşür, istintaqda iş ola-ola deyir prezidentə müraciət etmişəm ki, onu əfv eləsin. O hüquq müdafiəçisi bilmir ki, əfv hökm qanuni qüvvəyə mindikdən sonra tətbiq olunur. Bizim bu gün şoulardan uzaq Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu var, Novella xanım, Səidə xanım, Səadət xanım, mən - biz işlərimizi aparırıq. Amma bu istiqamətdə işlərimiz bəyanatla deyil, xahişlə, müraciətlə həllini tapır və tapacaq".

ELŞAD

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR