İnsanlara hürriyət, millətlərə istiqlal!

"20 Yanvar" stansiyasında qərənfillərdən kompozisiya hazırlanıb- Fotolar

2110 20.01.2017 10:10 Ölkə A A

20 yanvar faciəsində həlak olanların xatirəsi Bakı Metropolitenində də anılır. 

Musavat.com-un məlumatına görə, metronun  bütün stansiyaları qara lentli qərənfillərlə bəzədilib. Eyni zamanda   stansiyalarda matəmlə əlaqədar olaraq həzin musiqilər səsləndirilir. Bundan başqa Ümumxalq Hüzn Günü ilə bağlı metroda dünyasını dəyişən şəhidlərin xatirəsinə adlandırılmış “20 Yanvar” stansiyasında xüsusi anım mərasimi təşkil olunub. Stansiyada faciə günü ilə bağlı qərənfillərdən kompozisiya hazırlanıb.

Metropolitenin mətbuat xidmətindən aldığımız məlumata görə, saat 12:00-da bütün stansiyalarda qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunacaq.

Əli Rais
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR