İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiya mükafatçımız Çində ilin son medalını qazandı

485 17.12.2018 00:32 İdman A A

Dünya Taekvondo Federasiyası tərəfindən Çin Xalq Respublikasında təşkil olunan “Grand Slam” (“Böyük Dəbilqə”) seriyaları başa çatıb.

Oxu.Az xəbər verir ki, Olimpiya çəki dərəcələrində keçirilən turnirdə millimizin iki üzvü mübarizə aparıb.

+80 kq çəki dərəcəsində turnirə qatılan Radik İsayev ilk döyüşündə məğlub olsa da, komanda yoldaşı Milad Beiqi Hərçəqani (-80 kq) yarımfinala kimi irəliləməyi bacarıb. Belə ki, dünya və Avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Milad rəqibləri - britaniyalı Deymon Sansuma, çinli Jiannan Huanqa qalib gəlsə də, Koreya təmsilçisi Hvan Nam Qonqa məğlub olub.

Bürünc medal uğrunda isə Çin taekvondoçusu Linqlonq Çenə şans verməyən idmançımız yarışı üçüncü pillədə başa vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR