İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nobel" mükafatını verən akademiyada təcavüz ittihamları, istefalar...

1489 13.04.2018 17:15 Qalmaqal A A
 
Nobel Ədəbiyyat Mükafatını verən İsveç Akademiyasının daimi nümayəndəsi Sara Danius "sızıntı" və "təcavüz" qalmaqalından sonra istefa verib.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Danius sözügedən ittihamlarla bağlı 3 saat davam edən iclasdan sonra mətbuata açıqlama verib. O, işinə davam etmək istədiyini, lakin akademiyanın nüfuzuna xələl gətirməmək üçün istefa verdiyini açıqlayıb.
 
Skandalda adıkeçən isveçli şairə Katarina Frostenson da akademiyadan ayrılıb.
 
Qeyd edək ki, akademiyanın üzvü, şairə Katarina Frostensonun əri Jan Kloud Arnaultun 7 dəfə Nobel mükafatı qazanan şəslərin adını öncədən mətbuata sızdırdığı iddia edilmiş, həmçinin o, 18 qadına qarşı zorakılıqda ittiham olunmuşdu. Təcavüzə məruz qalan qadınlar arasında akademiya üzvlərinin həyat yoldaşları və qızlarının da olduğu iddia edilir.
 
Qalmaqalın ardından Akademiyanın üzvləri Pitr İngland, Qlas Osterqren  Kcell Espmark ötən həftənin cümə günü istefa vermişdilər.
 
Məlumat üçün qeyd edək ki, İsveç Akademiyası tərəfindən 1901-ci ildən bəri verilən Nobel Ədəbiyyat Mükafatı dünyanın ən prestijli mükafatları sırasındadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR