İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderlandlı jurnalist azərbaycanlı rəssamlardan yazdı - FOTOLAR

1095 25.09.2018 12:03 Son xəbər A A

Niderlandda yaşayan azərbaycanlı rəssamlar Rasim Hüseynovun və Vəfa Rüstəmovanın Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində sərgisi açılıb.

Diaspora üzrə araşdımaçı jurnalist Elnur Eltürkün musavat.com -a verdiyi məlumata görə, tədbiri Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər üzrə müvəkkili Cəlal Mirzəyev açıb. 28 əsərin nümayiş olunduğu sərgidə Niderlandda yaşayan həmvətənlərimiz, türk icmasının münayəndələri, niderlandlılar iştirak ediblər. Sərgi Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Sərgi müzakirələrlə davam edib. Sərgidə iştirak edən Niderlanddın “Diplomat maqazin” saytının müxbiri Roy Strik təəssüratlarını bölüşüb:

“Sərgidə rəssam Rasim Hüseynov və Vəfa Rüstəmovanın rəsm əsərləri nümayiş edildi. Hər iki rəssam Azərbaycanda, Almaniyada və Fransada məşhurdur. Cütlük 18 ildir Niderlandda yaşayır. Onların bədii üslubları bir-birindən çox fərqlənir. Rasim Hüseynov rəsm əsərlərində simvolik rəmzlərdən və dini simvollardan ilhamlanır. Qadın başlı bir quşun təsviri rəsm əsərlərində tez-tez istifadə olunur və universal sülhüm rəmzi hesab edilir. Vəfa Rüstəmova rəsm əsərlərin daha böyük formatda olur və bir qədər mozaikanı xatirladır: olduqca rəngarəng və ekspressionistikdir. Bu iki rəssamın ümumi cəhəti odur ki, onlar öz əsərlərində ənənəvi və mədəni cərəyanlardan istifadə edirlər”,-deyə müxbir yazır.
Qonaqlara Azərbaycan mətbəxinin müxtəlif ləziz təamları təklif edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR