İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin qiyməti 100 dolları ötəcək - Proqnoz

1951 20.04.2018 04:29 İqtisadiyyat A A

Səudiyyə Ərəbistanı öz istədiyinə nail olsa, neftin bir barelinin qiyməti 100 dolları ötəcək.

Oxu.Az xəbər verir ki, bunu “USA Today” nəşrinin ekspetləri bildirib. Məqaləyə görə, OPEK ölkələri, eləcə də təşkilatın bir çox tərəfdaşı 2019-cu ilin ortalarına kimi hasilat həcmini azaltmağı davam etdirməyi planlaşdırır. Bu, bazarda neft defisitinin yaranmasına yol açacaq.

Ekspertlərin fikrincə, bu, Səudiyyə Ərəbistanının işinə yarayacaq, belə olan halda IPO sisteminə qoşulmağa çalışan “Saudi Aramko” şirkətinin dəyəri qalxacaq.

“Saudi Aramko”nun ilk səhmlərini satışa çıxarmaqla, Ər-Riyad neft resurslarına olan yüksək qiymətləri saxlamağa çalışır.

“USA Today”ə görə, Səudiyyə Ərəbistanının planları neft bazarlarının cari trendlərində ciddi dəyişikliklərə yol aça bilər.

Neft qiymətinin bahalaşmasına neft ehtiyatlarının azalması, tələbin artması və Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi də təsir göstərəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR