İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi” 9 oyunluq seriyaya son qoydu! - YENİLƏNİB

1126 29.11.2015 20:22 Son xəbər A A
Bu gün Topaz Premyer Liqasında XIV turun növbəti görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyununda “Neftçi” “Qarabağ”ı qəbul edib.
 
Oyunun taleyini 1 qol həll edib. Əsgər Abdullayevin baş məşqçi təyin olunmasından sonra ötən həftə qalib gələn "Neftçi" bu oyunu da 3 xalla başa vurub. Rəhman Hacıyevin cərimə zərbəsindən vurduğu möhtəşəm qol "ağ-qaralar"ın "Qarabağ" qarşısında 9 oyunluq qələbəsiz oyunlar seriyasının sonu olub.
 
Topaz Premyer Liqası
XIV tur
 
 
29 noyabr (bazar)

“Neftçi” – “Qarabağ” - 1:0
Qol: Rəhman Hacıyev, 65
 
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Yaşar Abbasov 
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov 
8-ci km qəsəbə stadionu
I dövrədəki oyun – 1:1
 
“Neftçi”: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 10. Cavid İmamverdiyev, 15. Erik Ramos, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 19. Fəhmin Muradbəyli, 26. Kamal Qurbanov
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 3. Filyo Jairo Rodriges, 21. Samir Məsimov, 16. Əziz Quliyev, 14. Məhəmməd Qurbanov, 41. Aqşin Qurbanlı, 8. Elşən Abdullayev
Baş məşqçi: Əsgər Abdullayev
 
“Qarabağ”: 13. İbrahim Şehiç , 5. Maksim Medvedev (k), 6. Vüqar Mustafayev, 8. Migel Madera, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 55. Bədavi Hüseynov, 32. Elvin Yunuszadə, 70. Marinaldo Çiçero, 90. Samuel Armenteros
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 10. Dani, 20. Riçard Almeyda, 29. Raydell Pupon, 33. Eltun Turabov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR