İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftçalada arvadı küsüb gedən kişi özünü bıçaqladı

874 20.04.2018 12:22 Hadisə A A

Neftçalanın Kürqarabucaq kəndinin sakini özü-özünə bıçaq xəsarəti yetirib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 32 yaşlı Cahangir Əsəd oğlu Quliyev özü-özünə qarın nahiyəsindən bir bıçaq zərbəsi vurub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi deyilir. Belə ki, C.Quliyevin həyat yoldaşı 2 azyaşlı övladından birini özü ilə götürərək Lerik rayonundakı ata evinə gedib, o da buna etirazını özünü bıçaqlamaqla bildirib.

Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən C.Quliyevin vəziyyəti hazırda yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR