İnsanlara hürriyət, millətlərə istiqlal!

Necatı Şaşmaz xəyanətə görə 10 milyon istəyir

1849 31.01.2019 13:59 Şou-biznes A A

“Kurtlar vadisi” serialının Polat Elemdarı kimi məşhurlaşan aktyor Necati Şaşmaz həyat yolaşından 10 milyon lirə təzminat tələb edir.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 ildir Nagehanla həyat yoldaşı olan Necati Şaşmaz onu xəyanətdə ittiham edərək külli miqdarda təzminat tələb edir.

Aktyorun vəkili Anadolu Ailə Məhkəməsinə təqdim etdiyi boşanma ərizəsində bildirib ki, tərəflərin evliliyi Nagehan Şaşmazın üzündən sarsılıb.

Bu səbəblə uşaqların valideynlik hüququ ya ataya, ya da hər iki valideynə ortaq verilsin.  

Ərizədə eyni zamanda Almaniya vətəndaşı olmaları səbəbiylə uşaqların xaricə çıxışına qadağa qoyulması da tələb edilir.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR