İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirliyə qarşı kampaniya - yalan ayaq tutar yeriməz…

1225 22.06.2017 15:38 Ölkə A A

Son günlər bir sıra saytlarda və sosial şəbəkələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı şər, böhtan dolu qərəzli kampaniya aparılır. Bu qarayaxma kampaniya çərçivəsində İmişlidə meşə ərazisində ağacların kəsilməsi ilə bağlı videogörüntü yayılıb.

Modern.az bununla əlaqədar ETSN-nin Ətraf Mühitin Mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyevlə əlaqə saxlayıb.
O bildirib ki, nazirlik bütün vətəndaşların müraciətlərinə hər zaman olduğu kimi çox diqqətlə yanaşır:

“Əslində vətəndaşlarımız təbiətin mühafizəçisidir. Nazirlik, dövlətin verdiyi müəyyən səlahiyyətlər çərçivəsində bu işdə tənzimləyici qurumdur.

Qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün mövcud olan bir orqandır.

Biz çoxsaylı vətəndaşlarımıza minnətdarıq, çünki onlar da hər zaman qeyd edirlər ki, hər ağacın yanında bir keşikçi saxlamaq qeyri-mümkündür. Bu xalqımızın sərvətidir, xalq özü bunu qorumalıdır. (Məsələn, hər hansı bir cinayət və yaxud cinayət tərkibli hadisə baş verərsə, bir nəfər digəri ilə dalaşanda insanlar onu cəzalandırmırlar, saxlayırlar, polis çağırırlar, polis gəlir cəzalandırır. Ağaclar kəsilən zaman da vətəndaşlar bu barədə Nazirliyə məlumat verməlidir. Çünki hər ağacın yanında keşikçi qoymaq mümkün deyil. Əksər vətəndaşlarımız da belə düşünür, buna görə də biz onlara minnətdarıq)”.

R. Mirzəyev təəssüflə qeyd edib ki, bəzi şəxlər ətraf mühitə təzyiqlə bağlı mövcud məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etmək əvəzinə, şantaj etmək, böhtan atmaq yolunu tuturlar.

“Bunlar şəxsi mənafelərini güdərək Azərbaycan mənəviyyatına uyğun gəlməyən düşük, aşağı səviyyəli davranışla öz maraqlarını təmin etmək cəhdlərini həyata keçirirlər.

Vətəndaşlarımızı bu cür düşük vasitələrin alətinə çevrilməməyə çağırırıq. Eyni zamanda başa düşürük ki, cəmiyyətimizdə hələ qanuni əsaslarla vətəndaş hüquqlarına məlum olmayan və bizim böyük əksəriyyətimizin insani keyfiyyətlərini davranışlarını, addımlarını qəbul etmədiyimiz, pislədiyimiz vətəndaşlarımız da mövcuddur. Lakin bütün bunlara baxmayaraq istənilən vətəndaşın ətraf mühitə təsirlə bağlı məlumatı bundan sonra da araşdırılacaq”.

Son günlərdə nazirliyə qarşı aparılan kampaniyasına da toxunan R.Mirzəyev bunun müxtəlif məqsədlər səbəbilə həyata keçirildiyini vurğulayıb:

“Səbəbləri bizə axıra qədər məlum olmayan, Şabranın meşə idarəsinin müdiri ilə bağlı vəziyyətə gəlincə isə ehtimal etmək olar ki, təəccüblü də olsa, dövlət orqanlarından bu yolla maddiyyat uman, yəni onu rüşvətə sövq edən bir dəstə var (əslində bu cür dəstənin hay-küyünə uyan vətəndaş da anlamalı idi ki, əgər nazirlik bu dəstənin istəkləri əsasında hərəkət etsəydi, deməli haradasa meşəbəyi ağac kəsib satmalı idi və o pulu gətirib özünü jurnalist adlandıran reketə çatdırmalı idi).

Bir sıra özünü informasiya portalı adlandıran saytlarda və sosial şəbəkədə “İmişlidə ağaclar kütləvi kəsilir-meşənin müdiri də buna rəhbərlik edir” başlıqlı videogörüntü yerləşdirilib.

Bu məsələ ilə bağlı aparılan qısa araşdırma göstərdi ki, 2017-ci ilin aprel ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İmişli rayonunun Qaraqaşlı kənd sakinləri Kövsər Əhmədov və Seyid Seyidov tərəfindən İmişlidə meşələrin qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb”.

R. Mirzəyev qeyd edib ki, aparılan araşdırma zamanı sözügedən ərazinin meşə fonduna aid olmadığı və Qaraqaşlı bələdiyyəsinin mülkiyyətindəki ərazi olduğu müəyyən edilib.

“Məlum oldu ki ki, Qaraqaşlı bələdiyyəsinin 21 fevral 2005-cil il tarixli icarə müqaviləsi ilə 75 hektar torpaq sahəsi əkinçilik məqsədi ilə Qaraqaşlı kənd sakini Əfrayil Əsədova 30 il müddətinə icarəyə verilib və icarə müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsinin çıxarış sənədi ilə rəsmiləşdirilib.

Əraziyə baxış zamanı qanunsuz olaraq yulğun kollarının çıxarıldığı aşkar edildi. Faktla bağlı torpaq istifadəçisi Əfrayil Əsədov barəsində akt və protokol tərtib edilərək ona ümumilikdə 4220 manat məbləğində cərimə və ziyan tətbiq edildi. Təbiətə vurduğu ziyan cinayət tərkibli olduğundan toplanmış sənədlər hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün İmişli rayon Prokurorluğuna göndərdik.

Təəssüf ki bir daha görünür ki, yenidən bu mövzunu gündəmə gətirərək, həqiqi faktları ört basdır edərək baş-ayaq şəkildə ictimaiyyətə çatdırmağa çalışanların məqsədləri natəmiz xarakter daşıyır.

Biz hər zaman vətəndaşlara müraciət edərək bildiririk ki, hər hansı ekoloji qanun pozuntusu ilə bağlı hal müşahidə etdikdə Nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər və araşdırmada birgə iştirak etsinlər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR