İnsanlara hürriyət, millətlərə istiqlal!

Natali Portman İsrailin nüfuzlu mükafatından imtina edib

1002 21.04.2018 09:25 Şou-biznes A A

Məşhur İsrail əsilli Hollivud aktrisası Natali Portman bu ölkənin nüfuzlu “Genesis Prize” mükafatından imtina edib.

APA-nın "İsraelinfo"ya istinadən məlumatına görə, buna İsraildə baş verən son hadisələr səbəb olub.

Kino ulduzunun nümayəndəsi bildirib ki, İsraildəki son hadisələr aktrisa üçün çox həyəcanlı görünüb və o, bu ölkədə keçirilən hər hansı ictimai tədbirdə iştirak etməyi münasib hesab etmir.

 Beləliklə, 1981-сi ildə Qüdsdə anadan olan Natali Portman bir milyonluq mükafatdan imtina edib, iyunun 28-ə planlaşdırılan təqdimat mərasimi isə ləğv edilib.

«Yəhudi Nobel» mükafatı kimi də tanınan “Genesis Prize” (“İrs mükafatı”) 2012-ci ildə təsis edilib. Mükafat İsrail baş nazirinin dəftərxanası, “Genesis” fondu və "Soxnut” yəhudi agentliyi tərəfindən təsis olunub. Mükafata layiq görülən ilk şəxs Nyu-Yorkun sabiq meri Maykl Blumberq olub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR