İnsanlara hürriyət, millətlərə istiqlal!

Nahidə Orucova: “O, yetim kimi yaşayıb, yetim kimi də öldü...”

4912 10.10.2015 12:25 Son xəbər A A
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın sevimli aktrisası, xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişib. 

Mərhum aktrisanın sənət dostu, əməkdar artist Nahidə Orucovanın musavat.com-a verdiyi açıqlamaya görə, xalq artisti Mərdəkanda oğlunun yanında dəfn olunacaq:
“Nuriyyə xanım yetim kimi yaşadı, elə yetim kimi də öldü. Onun heç kimi yox idi, evsiz-eşiksiz qalmışdı. Ona görə də meyidi elə çöldən götürüləcək...”.

Qeyd edək ki, dəfn mərasiminin bu gün saat 14-16 radələrində baş tutacağı gözlənilir.
 Nuriyyə Əhmədova 1950-ci il dekabr ayının 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib.  Əmək fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.  Aktrisa  “Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yuxu” və s. bu kimi filmlərdə yaddaqalan obrazlar yaradıb, bir neçə tele-komediyalara çəkilib. 

Allah rəhmət eləsin!

Xalidə Gəray

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR