İnsanlara hürriyət, millətlərə istiqlal!

Muzeydə Turan Cavidin xatirəsi anılıb

Böyük şair və dramaturq Hüseyn Cavidin qızı, pedaqoq, mətnşünas Turan Cavidin vəfatından 14 il ötür.

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasında Hüseyn Cavidin Ev-Muzeyində Turan Cavidin xatirəsini anma mərasimi keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, mərasimdə bu qurumun direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı T.Cavidin mənalı ömür yolundan, böyük sənətkar Hüseyn Cavid irsinin toplanması, tədqiq və təbliğində əvəzsiz xidmətlərindən danışıb.

Turan Cavidin həyat və fəaliyyətinin layiqli örnək olduğunu qeyd edən G.Babaxanlı onun Cavidlər ailəsi irsi ilə bağlı gördüyü işlərin əhəmiyyətindən danışıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev böyük şair və dramaturq Hüseyn Cavid irsinə daim yüksək diqqət göstərib.

Sonra tədbir iştirakçıları Turan Cavidin həyat və fəaliyyətini əks etdirən eksponat və kitablarla tanış olublar.

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR