İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətdən erməni prezidentin dialoq təklifinə reaksiya-şərt var

1808 19.04.2018 23:11 Gündəm A A

Aprelin 13-dən Ermənistan paytaxtında keçirilən fasiləsiz etiraz aksiyaları 19 aprel gecəsi də davam edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, axşam saatlarında aksiya İrəvanın Respublika meydanından yürüşlə davam etdirilib.

Yürüşdən qabaq müxalifət lideri Nikol Paşinyan deyib ki, bugünkü etiraz tədbiri Aşot adlı polisə həsr olunur. Onun sözlərinə görə, Baqramyan prospektindəki yürüşdə iştirak edənlər arasında polis Aşotun nənəsi də iştirak edib. Tanışları Aşotu baş nazir Serj Sərkisyanın istefasını tələb edən nümayişçilərə qoşulmağa çağırıblar.

Nikol Paşinyan Ermənistan prezidenti Armen Sərkisyanın müxalifətə dialoq çağırışı etməsinə də münasibət bildirib. O, jurnalistlərə deyib ki, dialoq üçün şərti var:

Armen Sərkisyan əvvəlcə Britaniya vətəndaşlığından neçənci ildə imtina etməsi barədə arayış təqdim etməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR