İnsanlara hürriyət, millətlərə istiqlal!

Müşahidə Şurası Fondun büdcəsini Prezidentə göndərdi

559 19.12.2018 17:07 Ölkə A A

Bu gün Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Baş nazir, ARDNF-nin Müşahidə Şurasının sədri Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi müzakirə olunub.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, Müşahidə Şurası tərəfindən Hesablama Palatasının rəyi nəzərə alınmaqla ARDNF-nin 2019-cu il üçün büdcə layihəsinə, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərə dair qurumun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılıb. ARDNF-nin 2019-cu il büdcəsinin gəlirlərinin 15 milyard 450,1 milyon manat, xərclərinin 11 milyard 595,2 milyon manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 milyon manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.

Müşahidə Şurası ARDNF-nin büdcə layihəsi, o cümlədən ARDNF-nin vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və ARDNF-nin idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələrini məqbul hesab edib. Fondun 2019-cu il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

İclasda eyni zamanda "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar" ında təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin də təsdiq üçün Prezidentə təqdim olunması tövsiyə edilib.

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR