İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada Qarabağ müzakirələri - fotolar

1536 16.12.2018 22:05 Ölkə A A

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Moskvada səfərdədir. QAT sədri Moskvada, Qarabağ məsələsinin həllinə ictimai dəstək, diaspor təşkilatlarının rolu və digər məsələlərlə bağlı müzakirələrə qatılıb.

Musavat.com-a verilən məlumata görə, müzakirələrdə Moskva, Sankt-Peterburq, Ryazan, Tula, Kursk, Serpuxov, Nijniy Novqorod, Yaroslavl, Orenburq və digər bölgələrdən gələn təşkilat nümayəndələri, ayrı-ayrı nüfuzlu şəxslər iştirak edib. Müzakirələr tam ümumi məqsədlərə uyğun keçirilib və Rusiyadakı diaspor təşkilatlarının Qarabağın işğaldan azad olunması üçün görəcəyi işlər, keçirəcəyi tədbirlər və digər məsələlərlə bağlı fikir mübadiləsi olub.

QAT-dan verilən məlumata görə, ümumi razılıq ondan ibarətdir ki, bir çox diaspor təşkilatları burada öz fəaliyyətlərini bir-birilərinin arasında əlaqələndirməlidirlər və fəaliyyətlərinin əsas istiqamətlərindən biri kimi Rusiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv ictimai rəyin formalaşdırılması, Qarabağ həqiqətlərinin təbliğ olunması, Rusiya və Azərbaycan cəmiyyətləri arasında xoş münasibətlərin yaranması və digər istiqamətlərdə fəaliyyətlərini davam etdirəcəklər, bu cür görüşlər, məsləhətləşmələr mütəmadi şəkildə davam etdiriləcəkdir və eyni zamanda Qarabağ Azadlıq Təşkilatı ilə əlaqəli şəkildə fəaliyyət göstərəcəklər. QAT sədri və yerlərdən gələn nümayəndələr hesab edir ki, bu cür səfərlərin təşkili, bu cür müzakirələrin aparılması çox vacibdir, bu işlər davamlı olmalıdır, təbliğat üçün müəyyən əyani vasitələr çatdırılmalı və istifadə olunmalıdır.

Əsas ümumi fikir ondan ibarətdir ki, bu istiqamətdə işlər davam etdirilməlidir. Moskvada nüfuz sahibi olan, diaspora təşkilatlarının fəaliyyətini istiqamətləndirən Hacı Tahir Hacıyev, Moskvadan və digər bölgələrdən gəlmiş diaspor nümayəndələri Elşən İbrahimov, Qasım Kərimov, Vidadi Abbasov, Asman İsfəndiyaroğlu, Elşən Əliyev, Azər Səfərov, professor Kamran Rüstəmov, Strateji Araşdırmalar İnstitutunun direktor müavini Zahid Qocayev, Fuad Abbasov, Roman Ağayev, Daşqın Rəsulov, Həşim Əliyev, Fizuli Fərəcov və digərləri çıxış edərək öz fikirlərini açıqlayıblar və təkliflərini veriblər.

QAT sədri həmçinin Moskvada fəaliyyət göstərən və Qarabağ Azadlıq Təşkilatının əməkdaşlıq etdiyi İstra azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı təşkilatının yubiley tədbirinə qatılıb, təbriklərini çatdırıb və uğurlar arzulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR