İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova Prezidenti: “Azərbaycan GUAM daxilində kiminsə diktəsi ilə oynamır”

2049 23.03.2018 01:42 Siyasət A A

“GUAM-a üzv ölkələr geosiyasi maraqlardan deyil, milli maraqlardan çıxış etməlidirlər”.

“Report”un Gürcüstan bürosu yerli mətbuata istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Moldova Prezidenti İqor Dodon deyib.

İqor Dodon deyib: “Moldova, Gürcüstan və Ukrayna parlamentləri sədrlərinin təhlükəsizlik məsələlərinə həsr olunmuş üçtərəfli görüşündə aparılan müzakirələr ən çox Rusiyaya qarşı yönəlmiş iclasa bənzəyirdi. Ona görə də mən bu iclasda müzakirə olunan məsələləri müdafiə etmədim”.

“Azərbaycan bu iclasda iştirak etmədi. Moldova Prezidenti kimi mənim üçün və eləcə də, əksər moldovalılar üçün bu çox yaxşı siqnal idi. Çünki, Azərbaycan kiminsə diktəsi ilə və kiminsə əleyhinə oyun oynamır”, – deyə, Dodon vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR