İnsanlara hürriyət, millətlərə istiqlal!

Modest Kolerov: “Putin Paşinyanı parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik etməli deyil”

911 13.12.2018 17:31 Dünya A A

Ermənistanda baş nazir Nikol Paşinyanın böyük üstünlüklə qələbə qazandığı son seçkilər Moskva-İrəvan münasibətləri ilə bağlı bir çox sualları özü ilə bərabər gətirib.

Siyasi müşahidəçilər həmişə Ermənistanın keçmiş rəhbərliyini “gurultulu qələbələrlə” təbrik edən Kremlin indi susduğunu bildirirlər.

Rusiyanın I dərəcəli dövlət müşaviri, ermənipərəst “Regnum” agentliyinin baş redaktoru Modest Kolerov isə "Azadlıq" radiosunun Ermənistan bürosuna verdiyi müsahibədə Rusiya Federasiyasının prezidenti Valdimir Putinin Nikol Paşinyanı yeni qalibiyyəti münasibətilə təbrik etməməli olduğunu söyləyib.

Onun fikrincə, bu məsələ daha çox Dövlət Dumasının sədri Vyaçeslav Volodin və ya baş nazir Dmitri Medvedev səviyyəsində həll oluna bilər.

“Əgər onlardan da bir səs-səmir gəlməsə, o zaman bunun səbəbləri barədə ətraflı danışmaq olar. Ona qalsa ABŞ prezidenti də Ermənistanın keçmiş prezidentini təbrik etmirdi,”- deyə Modest Kolerov Kremlin davranışına haqq qazandırıb.

Erməni müxbir Vladimir Putinin 2017-ci ildə keçirilən parlament sekisindən sonra keçmiş prezident Serj Sərkisyanı təbrik etdiyini xatırladıb.

Bu zaman Modest Kolerov indiki situasiyada bir sıra nüansların olduğunu etiraf etməyə məcbur olub.

Rusiyalı ekspertin fikrincə, hazırkı situasiya Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsi ilə bağlı ola bilər. O, başqa səbəb tapa bilmədiyini qeyd edib.

Modest Kolerov Rusiya prezidentinin bu məsələ ilə bağlı Ermənistan rəhbərlyinə öz mövqeyini açıq şəkildə çatdırdığını vurğulayıb.

“Qalan bütün məsələlərə yaxın günlərdə aydınlıq gətiriləcək”,-deyə Regnum”un rəhbəri sonda bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR