İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yəhudi köpəklərə giriş qadağandır” - Mağazadan asılan elan

3065 07.09.2014 15:53 Fotosessiya A A

“JSSNews”un İstanbuldan verdiyi xəbərdə deyilir ki, yerli mağazaların birinin qarşısında “yəhudi köpəklərə giriş qadağandır” şüarı asılıb. Maraqlıdır ki, bu xəbər öncə yerli yəhidi qəzeti olan “Salom”da yerləşdirilib. 

Şüarın aşağısındakı fotoda  isə İsrail tankı öz əksini tapıb. Foto İsrail-Fələstin qarşıdurmasında birincilərin haqsızlığına işarə kimi dəyərləndirilir. Almandilli yəhudi qəzeti “JSSNews” bildirir ki, sözügedən mağaza Taxtaqala deyilən yerdə yerləşir. Həmin mağazanın ətrafında isə çoxsaylı yəhudi mağazaları var. 

“JSSNews” bildirir ki, son illərdə Türkiyədə yəhudilərə qarşı münasibət getdikcə pisləşir. Bu ölkədə yəhudilər özlərini hər ötən gün daha çox qorxu içində hiss edirlər. Anti-İsrail təbliğatı isə bütün Türkiyədə özünü ən yüksək səviyyədə göstərir. 

Elbəyi Həsənli, 
Sürix 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR