İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsil Nazirliyinin idarə rəisi haqda şok korrupsiya ittihamları

20839 31.05.2013 09:58 Mətbuat bugün A A
Ümumiyyətlə, Azərbaycanda məmurların böyük əksəriyyətinin uzun müddət öz vəzifələrində qalmaları ənənə halını alıb. Nəinki nazirlər, nazir müavinləri, komitə sədrləri, hətta nazirliklərin və komitələrin idarə rəisləri, şöbə müdirləri də uzun müddət vəzifələrində qalırlar. Belə məmurlardan biri də Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili idarəsinin rəisi İlham Mustafayevdir. Deyilənə görə, İ.Mustafayev artıq 21 ildir ki, həmin vəzifəni tutur. Təhsil Nazirliyindəki mənbə redaksiyamıza bildirib ki, TN-in ən böyük strukturlarından olan bu idarənin rəisinin indiyədək təhsil haqqında demək olar ki, bir fikrini, bir ideyasını eşidən olmayıb. Mənbə bildirir: “Sadəcə o, başını aşağı salıb öz ”işləri" ilə məşğuldur. İşdə ki, nə iş. Azərbaycan cəmiyyətində hamı texnikum və kolleclərdə olan dəhşətli korrupsiya faktlarından xəbərdardır".
Mənbənin məlumatına görə bu tədris müəssisələrində yaranmış korrupsiya şəbəkəsinin başında duranlardan biri İlham Mustafayevdir. Mənbə bildirir ki, Bakı Sosial İqtisad Kollecinin rüşvət üstə həbs olunmuş direktoru Mübariz Mahmudovun himayəçisi məhz İlham Mustafayev olub. “Mübariz Mahmudovun direktorluğu 21 il sürüb” deyən mənbə bildirir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının M.Mahmudovun cibindən çıxardığı 6 min manata yaxın pulun direktorun cib xərci adlandırması təkcə bir texnikumdakı korrupsiyanın miqyasından xəbər verir.
Xəbər qaynağımız bildirir ki, hal-hazırda texnikum və kolleclərin direktorlarının tam əksəriyyəti 15-20 ildən çoxdur ki, eyni vəzifəni daşıyırlar. Bunların vəzifədə saxlanılmaları sessiya vaxtı topladıqları rüşvətin məbləği hesabınadır. Təhsilin bu pilləsində islahat işartısı belə aparılmayıb. Nazirlikdəki mənbəmiz bu sahədəki islahatı İlham Mustafayev və əksər direktorların vəzifələrindən azad olunmasında görür. Mənbə onu da bildirir ki, hər tədris ilində bu tədris müəssisələrindən yığılan rüşvətin həcmi 10 milyonu ötür.
Yazıda adları hallanan şəxslərin və yaxud onların nümayəndələrinin mövqelərini çap etməyə hazırıq.
Mövzunu davam etdirəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR