İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda 7 milyonluq yol dağılıb

1864 18.04.2013 09:50 Mətbuat bugün A A
“Prezident sərəncamına görə 23,5 km uzunluğunda olan kəndlər arası Kürsəngi-Yolüstü avtomobil yolu eni 10 metr olmaqla yenidən əsaslı təmir edilməliydi. Sərəncamın icrası Tahir Kərimovun Salyana icra başçısı təyin olunmasından sonra başlandı. Kərimov özünə yaxın olan tikinti şirkətini həmin yolun çəkilməsinə cəlb etdi. Təəssüf ki, yol çəkilsə də, prezidentin sərəncamına və standartlara uyğun şəkildə olmadı. Rəsmi sənədlərə görə, yolun eni 10 metr olmalı idi, lakin faktiki olaraq 7 metrdir. Həmin yol 4-cü dərəcəli, 10 sm qalınlığında 2 qatdan ibarət olmalı idi” - deyə qaynağımız bildirib.
Məlumatı redaksiyamıza verən mənbənin iddiasına görə, əgər 7 milyona başa gələn 23,5 km yol standartlara cavab versəydi, keyfiyyətli çəkilsəydi, indi dağılmazdı: “Həmin yolun açılışında İlham Əliyev ötən ilin 13 martında Salyana səfəri zamanı iştirak edib. Prezidentin ayağının izi yoldan silinməmiş asfalt dağılmağa başlayıb. İcra başçısı tez-tələsik yola yamaq vurdursa da, dağıntının qarşısını almaq mümkün olmayıb. Həmin yol hazırda bərbad vəziyyətə düşüb”.
Qeyd edib ki, dövlət büdcəsindən ayrılan vəsaitin talan olunması ilə bağlı maliyyə naziri Samir Şərifova müraciət ünvanlanıb: “Bilavasitə cavabdeh şəxs Samir Şərifovdur ki, dövlət büdcəsi hesabına həyata keçirilən layihəyə nəzarət etsin”.
Yazıda adları çəkilən rəhbər şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR