İnsanlara hürriyət, millətlərə istiqlal!

NAZİM İBRAHİMOV TƏZƏ TƏMİR OLUNMUŞ BİNANI SÖKDÜRDÜ

2867 08.01.2013 09:36 Mətbuat bugün A A

Mənzilinin hər kvadratmetrinə görə 1500 manat alan bina sakini Səmayə Əliyeva deyir ki, əgər bu binanı sökəcəkdilərsə, niyə təmir edirdilər: “Bilmirəm nə etmək istəyirlər. Bundan qabaq qonşuluqdakı binanı da bir gecəyə yerlə-yeksan etdilər. Bizdə olan məlumata görə, binamızın yerini hansısa biznesmenə satıblar. O da burada çoxmərtəbəli yaşayış binası tikəcək. Nərimanov Rayon İcra Hakimiyyətində dəfələrlə olmuşuq. Onlar deyir ki, guya bu məsələdən xəbərsizdirlər. Amma biz bilirik ki, binamızın yerini Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəxsən özü satıb. Prezident Administrasiyasına şikayət məktubu ünvanladıq. Bir faydası olmadı”.

Bir başqa bina sakininin iddiasına görə isə yaşadıqları binanı Diaspor Məsələləri üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov sökdürür: “Komitə sədrinə məxsus ”Galaxy İnşaat" MMC sökülən binanın yerində 12 mərtəbəli yeni bina tikəcək. Səbəb isə sadədir. Sizin qəzet də yazmışdı. O, yaşadığımız binanın yanında 4 yeni bina tikdirib. Heydər Əliyev Mərkəzini bəhanə gətirərək bundan öncə 5 mərtəbəli bir binanı da sökdürdü. Söz-söhbət gəzir ki, komitə sədri icra başçısı ilə şərikdir. Tikintini həyata keçirən ”Galaxy İnşaat" MMC də komitə sədrinə məxsusdur".
Qeyd edək ki, ötən ilin avqustunda Heydər Əliyev prospekti, 77 ünvanında yerləşən 5 mərtəbəli bina da təmir olunaraq uçuruldu. Həmin bina ilin əvvəlində Heydər Əliyev Mərkəzinə yaxın ərazidə yerləşdiyindən yüksək səviyyədə təmir olunmuşdu. Binanın fasadı aqlay daşlarla örtülmüş, pəncərələr dəyişdirilmiş, eyvanlar bəzəkli dəmirlərlə işlənmiş, binanın özü isə mükəmməl işıqlandırma sistemi ilə əhatə olunmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR