İnsanlara hürriyət, millətlərə istiqlal!

Morninqstar AFU-nun bağlanmasına reaksiya verib

1081 11.04.2013 18:29 Mətbuat bugün A A

Dünən hökumət nümayənədələrinin Azad Fikir Universitetinin ofisinin möhürlənməsi barədə xəbərin ardınca, ABŞ-ın Azərbaycandakı Səfiri Riçard Morninqstar əvvəldən nəzərdə tutulan çıxışını etmək üçün AFU-nun bir qrup nümayəndəsi ilə görüşmüşdür.

Səfir Azad Fikir Universitetinin həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, “Burada olmaqdan şərəf duyuram,” deyə bildirmişdir. O, qeyd etmişdir ki, AFU demokratik islahatlar, müstəqil media, insan hüquqları və qanunun aliliyini inkişaf etdirmək yönündə yeni media vasitələrindən innovativ formada istifadəyə görə ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı Missiyası tərəfindən “2010-ci ildə İnternet vasitəsilə Söz Azadlığı üçün Səfir Mükafatı” ilə təltif olunub.

Cənab Morninqstar qeyd etmişdir ki, səfirlik ölkəyə səfər edən rəsmilərin Azad Fikir Universitetində görüşlərini təşkil edir, çünki AFU “istənilən yaxşı universitetin kampusunda mövcud olan” faydalı müzakirələr üçün əlverişli forum təklif edir.

“Suala cavab verməzdən əvvəl səfir dedi: “Mən Azərbaycanın dostuyam, və mən onun 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra əldə etdiyi nailiyyətlərə heyranam, lakin etirazlarda və vətəndaş cəmiyyəti hərəkatında fəal iştirak edən gənclərin saxlanılması və dindirilməsi daxil olmaqla, bu ilki etirazlara qarşı hökumətin reaksiyası məni narahat edir. Dünən axşam rəsmilər tərəfindən Azad Fikir Universiteti ofisinin bağlanılması barədə məlumatı eşitmək məni xüsusilə məyus etdi.”

“Mən inanıram ki, dinc etirazlara hörmətlə yanaşma, müstəqil və şəffaf məhkəmələr, eləcə də  hökumətin vətəndaşlara, xüsusilə də gənclərə münasibəti onların əsaslı tələblərini cavablandırmaq üçün  demokratik hökumətlərin öz fundamental sabitliyini təmin etməyin ən yaxşı və təsirli yollarıdır.

Səfir vurğuladı ki, Azərbaycan regional və enerji təhlükəsizliyi sahəsində ABŞ-ın güclü və dəyərli tərəfdaşıdır,  lakin regional və enerji təhlükəsizliyi demokratik və iqtisadi islahatları özündə birləşdirən daha geniş əlaqələrin bir hissəsidir.

“ABŞ-ın dünyada demokratik inkişafa dəstəyi bizim dəyərləri əks etdirir, amma, bu həm də praqmatik mülahizələrə əsaslanmışdır”,- deyə Səfir Morninqstar sonda qeyd etmişdir. “Keçmiş dövlət katibi Klintonun Bakıya səfərlərinin birində dediyi kimi, bizim ən yaxın əlaqələrimiz vətəndaşlarının geniş insan hüquqlarına hörmət edən ölkələrdir. Bizim dünyada müxtəlif çağırışların öhdəsindən gəlməyi bacaran güclü tərəfdaşlara ehtiyacımız var, eləcə də güclü demokratiyalar bizim ən güclü  tərəfdaşlarımızdır” ("Ayna.az").

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR