İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsionerlərin yerdəyişməsi

1038 30.05.2013 09:52 Mətbuat bugün A A
Hələ qədim misirlilər zamanından sirli, metafizik gizlinləri olan piramida görünür. Abutalıbova müraciətini ünvanına çatdırmaq imkanı verdiyi üçün neçə illərdir ki, onu yerindən tərpətmək mümkün olmayıb. Ancaq bu dəfə Abutalıbovun yadına bu variant düşmədi, bəlkə də kim bilir, artıq bu üsulun işə yaramadığını bildiyi üçün taleyi ilə barışmalı olub.
Bu gün Bakının problemi Abutalıbov deyil. Bu iqtidarın uzun müddət hakimiyyət kreslosunda əyləşən kadrları içərisində də o, istisna təşkil etmir. Psixoloji özəlliklərinə görə istisnalığı olsa da, idarəetmə sahəsində digər məmurlardan heç nəyi ilə fərqlənməyib. Ümumi bir qayda var. Kadrların şəxsiyyəti, ağıllı və ya şizofrenik olması, məsuliyyətli və məsuliyyətsiz olması heç nəyi dəyişmir. Bütün kadrlar korrupsioner sistemin vintcikləridir. Kimliyindən asılı olmayaraq bu vəzifədə işləyən və işləyəcək məmurun görəcəyi işlər çox sadə və aydındır. Paytaxtda abadlaşma və tikinti-təmir işləri adı altında həyata keçirilən iri korrupsiya layihələrini icra etmək, şəhərdəki ərazilərin satışını həyata keçirmək, hər bir iş üçün icra hakimiyyətinə daxil olan sənədləşmələr üzrə müəyyənləşmiş rüşvət məbləğinin toplanmasını və ümumi kassaya daxil edilməsini təmin etmək. Bir də bununla bərabər başqa bir iş də var ki, o da müxalifətin ara-sıra göndərdiyi mitinq barədə müraciətlərə əhalinin istirahət hüquqlarını bəhanə gətirib imtina cavabı göndərmək. Bütün bunları icra etmək üçün nə xüsusi qabiliyyət, nə bacarıq lazımdır. Hətta psixoloji problemdən əziyyət çəkən birisi də bu işləri uğurla icra edə bilər.
İndi seçki ərəfəsi belə bir məmuru vəzifədən çıxarıb yerinə başqasını qoymaqla ola bilsin ki, kadr dəyişikliyi görüntüsü yaradılmağa çalışılır. Ancaq korrupsiya sisteminin bir elementini götürüb başqası ilə əvəz etmək heç nəyi dəyişməyəcək. Müxtəsəri, əgər Abutalıbovu yola salsalar bu işin kadr islahatına heç bir aidiyyəti yoxdur. Ola bilər ki, seçki ərəfəsində YAP namizədinin hazırkı dövlət başçısı yox, başqa biri olacağı barədə gəzən söz-söhbətlərdə həqiqət payı var və paytaxt meri kimi strateji bir post indidən yeni namizədin mənsub olduğu qruplaşma tərəfindən nəzarətə götürülür.
Bütövlükdə götürdükdə isə hazırkı iqtidar komandasının kadr potensialı tükənib. Hakim komandanın elə bir təmiz reputasiyalı, parlaq fiquru qalmayıb ki, onu hakimiyyət piramidasının hansısa pilləsinə qaldırmaqla insanlarda etimad, rəğbət yaratmaq mümkün olsun. Ona görə də xalq arasında hər dəfə kimisə işdən çıxarıb yerinə bir başqasını qoyanda yeni gələnin necə işləməsini gözləmədən “bu da əvvəlkinin tayı olacaq” proqnozunu verirlər. Pis orasıdır ki, bu proqnoz da əksər vaxtlarda 100 faiz özünü doğruldur. Ona görə də seçki ərəfəsi iqtidar komandasının kadr dəyişiklikləri yolu ilə imicin dəyişməsi, insanlarda inam yaratması imkanları sıfırın altındadır.
Bu sadaladıqlarımız əslində hakim komandanın ictimai etimad limitinin tam tükəndiyini, xalqın gözündə bütövlükdə soyğunçu, əzazil bir dəstəyə çevrildiklərini göstərməkdədir. Belə bir komanda və onun namizədi startda artıq öz əsas rəqibinə uduzmuş sayıla bilər. Ona görə də qarşıdakı mərhələdə əsas məsələ seçkiləri qazanmaq deyil, qazanılmış səsləri qorumaqdır. Yəni bu bir seçki kampaniyası olmaqdan daha çox mübarizə məsələsidir. Bu mübarizədə isə nəticə nə hüquqla, nə də ki, rəsmi seçki nəticələri ilə müəyyən olunmayacaq. Nəticə meydandakı qüvvələr nisbətindən asılı olacaq və ona görə də bütün hazırlıqlar buna yönəlməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR