İnsanlara hürriyət, millətlərə istiqlal!

HACI İBRAHİMİN ÖLDÜRÜLƏN ŞƏRİKİNİN QARDAŞI DANIŞDI

4775 17.02.2013 09:47 Mətbuat bugün A A
“Hümbət Məmmədov qardaşım Əflatun Piriyevin qətlini sifariş etdiyi Tofiq Bəkirovu Moskvadan çağırıb. Ona yalandan deyib ki, guya qardaşım onun ailə üzvlərinə sataşıb, qohumunun namusuna toxunub. Tofiqə dəstə toplayıb cinayəti törətməyi tapşırıb, ona pul verəcəyini söyləyib. Bu yalanla qətli icra edənləri öz çirkin niyyətini həyata keçirməyə sövq edib. Həmin adamlar Hümbət Məmmədovun bu yalanı uydurmaqla özünün milyonluq oğurluqlarını gizlətməyə çalışdığını bilməyiblər. Üstəlik, qardaşımı öldürmək üçün qatillərə odlu silah da verib. Bunu istintaqda da həmin şəxslər onun üzünə deyiblər. Bunları məhkəmədə də deyirlər”.
A.Piriyev H.Məmmədovun özünün yaxın qohumunu zorladığını söylədi: “O, özünün elədiyi biabırçı hərəkəti qardaşımın adına çıxarmaq istəyirdi. Amma onun özünün zorladığı azyaşlı qızın Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində verdiyi ifadəsi var. Həmin ifadədə azyaşlı qız Hümbət Məmmədovun onun başına gətirdiyi oyunları xırdalığına kimi danışıb. Sadəcə, qızın valideynləri onun gələcəyini düşünərək məsələ ilə bağlı şikayətlərini sonacan müdafiə etməyiblər. Biz məhkəmədə həqiqətin üzə çıxması üçün həmin qızın dindirilməsini tələb etmişik. Ümid edirik ki, bununla bağlı vəsatət təmin olunacaq".
H.Məmmədovun qohumu olan azyaşlı R.X-nın istintaqa verdiyi ifadəsini də ixtisarla təqdim edirik: “Hümbət Məmmədovu ilk dəfə 2008-ci ilin avqustunda onun qızı Əfsanənin toy mərasimində gördüm. Toydan bir müddət sonra bizə zəng etdi, anamla danışarkən bizə kömək etməyi, oxumağıma yardımçı olmağı təklif etdi. Lakin anam onunla razılaşmadı. Bu ərəfədə atam Moskva şəhərinə işləməyə getmişdi. Atam Moskvadan qayıtdıqdan sonra anamla yola getmirdi, bu da bizim ailəmizə pis təsir edirdi. Hümbət Məmmədov birdən-birə bizə tez-tez gəlməyə başladı. 2008-ci ilin noyabr-dekabr aylarında Hümbət Məmmədov əvvəlcə ev telefonumuza, sonra isə istifadəmdə olan mobil telefona zəng etdi, mənə xoş sözlər deyirdi. Həmin vaxt onun dediyi sözlərin mənasını, məni sevməsini başa düşmürdüm. Mənə göndərdiyi SMS-də sevdiyini yazırdı. Fikirləşdim ki, qızı kimi sevdiyini yazıb. Sonradan bizim isti münasibətlərimiz yarandı, başa düşdüm ki, Hümbət məni sevir, mənim də ona qarşı hisslərim oyandı. Bir-birimizə sevgi mesajları yazmağa başladıq. Bir-iki dəfə onun maşınında olanda öpüşdük. 2009-cu ilin yanvarında məktəbdən çıxanda məni Hümbət götürdü. Dedi ki, qızlarıma ev almışam, gedək baxaq, sənə də ev almaq istəyirəm. Onunla birlikdə ”Dostluq" kinoteatrının yaxınlığında olan binadakı mənzillərdən birinə getdik. Mənzildə bizdən başqa heç kim yox idi. Mənə dedi ki, səni sevirəm, sənlə olmaq istəyirəm. İntim əlaqəyə girib, sekslə məşğul olduq. İntim əlaqədə olarkən mənim bakirəliyim pozuldu".
A.Piriyev bildirib ki, azyaşlının ifadəsindən hər şey aydın olur. Qeyd edib ki, ibtidai istintaq H.Məmmədovun  əmlaklarını gizlədib: “İstintaq Hümbət Məmmədovla əlbir olub onun əmlaklarını müəyyən etməkdən yayınıblar. Biz tələb edirik ki, həmin əmlaklar müəyyən olunaraq müsadirə olunsun. Hümbət Məmmədov bu əmlaklara görə qətl sifariş verib”.
Qeyd edək ki, hazırda iş üzrə məhkəmə qarşısında qətlin sifarişçisi Hümbət Məmmədov və digərləri - Tofiq Bəkirov, Vüsal Qurbanov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov, Şamil Şamilov dayanıblar.
İttihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin rəhbər şəxsləri - Hümbət Məmmədov və Fərman Hacıyev vətəndaşları aldadıb bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb.
Məhkəmə fevralın 21-də davam etdiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR