İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallıya hökm oxunacaq

1478 12.03.2013 11:47 Mətbuat bugün A A

Ötən proses zamanı hakimlər hökmü elan etmək üçün müşavirəyə yollanıb. Məhkəmədə prosesin qeyr-müəyyən vaxtadək təxirə salındığı elan olunub.
Martın 11-də isə Ə.Zeynallının azadlığa buraxılması üçün 300 ictimai-siyasi xadim prezidentə müraciət edib. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun Ə.Zeynallının həbsdən azad edilməsi və hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlanmış müraciətlə bağlı başlanan imza toplanışının yekunları açıqlanıb.

RATİ rəhbəri Emin Hüseynov dünənki mətbuat konfransında dedi ötən 16 ay göstərdi ki, Ə.Zeynallının məhkəməsi tam siyasi sifariş əsasında keçirilib: “Prosesin getdiyi 11 ayda cəmiyyət başa düşə bilmədi ki, sabiq deputat Gülər Əhmədova Əvəz Zeynallının işində şikayətçi, yoxsa zərərçəkmiş qismində iştirak edib. Məhkəmədən ədalətli qərar gözləməyimiz gülünc olardı. Prosesin bu cür gedəcəyini əvvəlcədən bildiyimiz üçün vətəndaş cəmiyyətinin adından prezident Əliyevə müraciət ünvanladıq. Bu müraciətə 300-dək ictimai-siyasi xadim, hüquq müdafiəçiləri imza atıb. Yaxşı bilirik ki, Zeynallının azad olunması yalnız prezidentin siyasi idarəsindən asılıdır. Məlumdur ki, baş redaktoru rüşvət almaqda ittiham edən Gülər Əhmədovanın özünün adı rüşvət və korrupsiya qalmaqalında hallanır və o, hazırda həbsdədir. Zeynallı haqda Bakı Ağır Cinayətlər Məhkəməsi hökm oxumalıdır. Nə qədər ki gec deyil, saxta ittihamlarla həbs olunan baş redaktorun həbsdən azad olunması üçün ədalətli qərar çıxarılmalıdır”.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev dedi ki, Ə.Zeynallının həbsindən sonra yaradılmış Preventiv Təhqiqat Qrupunun istintaqla paralel apardığı araşdırmalar öz təsdiqini tapdı: “Baş redaktorun bəraət əsasında həbsdən azad olunmasını gözləmirik. Amma prezident siyasi iradə göstərərək bir baş redaktorun saxta ittihamlarla həbsdə saxlanılmasına imkan verməməlidir”.
İmza toplanışı 5 ay davam edib. Brifinqdə kampaniyanın nəticələri açıqlandıqdan sonra sənəd prezident Əliyevə və hazırda Ə.Zeynallının işi ilə bağlı araşdırma aparan və jurnalist barədə hökm çıxarmağa hazırlaşan Bakı Ağır Cinayətlə Məhkəməsinin hakimlərinə göndəriləcək.
Xatırladaq ki, Ə.Zeynallı keçmiş deputat G.Əhmədovanın prokurorluğa müraciəti əsasında həbs olunub. G.Əhmədova redaktor tərəfindən şantaja məruz qaldığını, Ə.Zeynallının ondan pul tələb etdiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR