İnsanlara hürriyət, millətlərə istiqlal!

CAVİD QURBANOVUN SÜRÜCÜSÜ VƏ MÜHAFİZƏÇİSİ HAQDA SENSASİON MƏLUMATLAR

5626 24.10.2012 09:47 Mətbuat bugün A A

Milyonlarla ölçülən kapital!

Məqalədə bildirilir ki, Mahir Quliyev Süvalanda 5 milyon manatlıq torpaq sahələri alıb: “Gəncədə dəyəri 2 milyon manat olan ferma tikdirib. Bir çox yeni tikilmiş binalardan 2-3 mənzili alıb və arasını açıb birləşdirib, ən son texnologiyalarla təchiz olunmuş əşyalar yerləşdirib. Novxanı və Qurd dərəsi bağlarında hektarlarla torpaq alıb və içində çox möhtəşəm villalar ucaldıb”.

Bahalı nömrə nişanlı avtomobillər

Yazıda deputatın sürücüsünün bahalı maşınlarından və həmin maşınların qiymətli nömrələrindən də bəhs edilir: “Bildiyimiz kimi, dövlət nömrə nişanlarından Az 10 ?? 010 olan nömrələr ən bahalı nömrələrdir. M.Quliyev həmin nömrələrdən 4-nü bahalı avtomobil markalarının üstünə bağlanılıb. Onlardan mənə məlum olanları Az 10 DO 010, Az 10 DU 010, Az 10 CC 010-dur. Bununla belə Mahirə məxsus başqa bahalı nömrə nişanları var - Az 10 CH 100, Az 10 ZZ 800, Az 10 CO 003. Sadaladığım dövlət nömrə nişanlarının hamısı ən son model bahalı avtomobillərin üzərindədir. Sizcə, 500 ABS dolları maaşla bu şəraiti qurmaq olarmı?
Silah mağazalarından 10 cürə bahalı odlu silahlar alıb. M.Quliyev 7 dəfə həcc ziyarətində olub. Bu ziyarət minimum 5 min manata başa gəlir. M.Quliyevin gəzmədiyi ölkə yoxdur. 2 övladı xaricdə illiyi 60 min avro olan pullu kolleclərdə təhsil alır. Ona məxsus qiyməti 50 min avro olan motosikleti var. Avtobus marşrutlarında 10-larla bahalı avtobusları var. Bina və yol tikintilərində istifadə olunan ağır texnikalarının və mikserlərinin sayı-hesabı yoxdur. Sizcə, 500 ABS dolları maaşla bunlara sahib olmaq mümkündürmü?"

Biri 15 min manata 50 bakirə qız!

Qəzetə danışan naməlum qadın digər məsələlər haqda da bilgi verib. Deyib ki, M.Quliyev 50-yə yaxın qızın bakirəliyini hərəsinə 15 min manat ödəməklə əllərindən alıb: “Öz tanışlarının içində Hacı Mahir ləqəbi ilə tanınan M.Quliyev hacı olduğuna görə spirtli içki qəbul eləmir, lakin rəfiqələrimizin və tanış xanım dostlarımızın yanında kef məclislərində marixuana deyilən ot tərkibli narkotikdən dəfələrlə istifadə edib. Həmin kef məclislərində hətta xarici ölkələrdən gəlmiş xanım masajçılar çox olub. Onu da qeyd edim ki, masajçı qadınların hər biri 2500-3000 avroya Azərbaycana gəlib masaj xidməti göstərir. Ayda minimum 2-3 dəfə belə hallar olub”.

Ağılagəlməz gizli biznes?

Məqalədə Hacı Mahirin var-dövlətinin mənbəyi haqda da bəzi bilgilər var. Qəzet bu məsələni də sözügedən qadının dilindən təqdim edir: “Mahirə sual verəndə ki, bu qədər var-dövlətin ola-ola niyə hansısa möhtərəm şəxslərin yanında sürücü işləyirsən, cavabında deyir ki, möhtərəm şəxsin yanında ona görə sürücü kimi xidmət göstərirəm ki, hökumət qazancımın hansı yolla qazanıldığını araşdıra bilməsin. O deyirdi ki, mənim çox güclü, ağıla gəlməz biznesim var. Mənə və rəfiqələrimizə doğrudan da çox maraqlı idi ki, işlədiyi idarənin şefinin özünə və oğluna məxsus olan çox bahalı avtomobillərdən də qat-qat bahalı olan maşınlar M.Quliyevin villasının qarajında dayanır. Ona sual verəndə ki, ay Hacı, bəs sənin möhtəşəm dediyin o biznes nə biznesidir? Cavabında həmişə bildirirdi ki, heç kimin ağlı kəsməyən, ağılagəlməz bir biznesdir”.
Qadın bildirib ki, M.Quliyevin Türkiyədə, Dubayda çox iri biznesi var.

Mehdi Eldarov kimdir?

Məqalədə Cavid Qurbanovun Mehdi Eldarov ad-soyadlı mühafizəçisi haqda da danışılır: “M.Eldarov 2002-ci ildə ”Azəryolservis"in rəhbəri yanına M.Quliyevin köməkliyi ilə cangüdən vəzifəsinə təyin olunub. C.Qurbanovun yanında çalışan 6 cangüdən və 2 sürücüdən ancaq M.Quliyevlə M.Eldarov çox imkanlıdır və böyük maddi sərvətə malikdirlər. İki dost, iki sumqayıtlı, iki məşq yoldaşı bu möhtərəm şəxsin yanına işə giriblər? Bu möhtəşəm sərvətin banisi və mənbəyi, görəsən, Cavid Qurbanovdur, yoxsa Mehdi?"

Mehdi Eldarovun da bahalı nömrə şakəri var

Məqalədə daha sonra M.Eldarovun da bahalı maşın nömrələrinin, qiymətli aksessuarların və qadın düşkünü olduğu vurğulanır.
Cavid Qurbanovun sürücüsünün malik olduğu sərvətin mənbəyi haqda isə qadın aşağıdakıları göstərib:

1. Narkotik alveri
2. Qanunsuz silah alveri
3. Dini qruplaşmalarda olan mühüm vəzifələri
4. “Abnoliçka” deyilən bank əməliyyatı
5. İnsan oğurluğu və daxili orqanların biznesi
6. Bir dənə sonuncu şübhə yeri qalır ki, o da Cavid Qurbanovun kassasından oğurlanıb əldə olunan pullar.

Qəzetə danışan qadın iddia edir ki, Cavid Qurbanov bunların bu cür əməllərinə göz yumub, ya da ki, görməyib.
Yazıda adı keçən hər bir şəxsi, o cümlədən Cavid Qurbanovu dinləməyə, mövqelərini qəzetdə dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR